Xaçmaz rayon Xudat şəhərində infrastruktur və abadlıq işləri davam edir. Bu gün Xudat şəhərində ilk dəfə olaraq velosiped yolları və zolaqları salınır.Son bir necə il ərzində Xudatın 26 küçəsinə asvalt döşənib. Şəhərin asvaltsız küçələri hələ çoxdur və rayon icra hakimiyyətindən verilən məlumata əsasən deyə bilərik ki, Xudat şəhərində asvalt olunmayan küçə qalmayacaq.
Bilirsiniz ki, Xudatın su və kanalizasiya sistemi problemi də var. 2026 ildə nəzərdə tutulan, Xudat şəhəri üzrə su və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində rayon rəhbərliyi və əlaqədar təşkilatlar arasında tədbirlər planı hazırlanır və xudatlıların bu problemləri öz həllini tapdıqdan dərhal sonra, şəhərin küçələrinin qalan hissələrinə də asvalt döşənərək, xudatlıların istifadəsinə Xüsusilə də şəhərin əsas baş yolları, insanların sıxlıq təşkil etdiyi məkanlar, gediş-gəlişin intensiv olduğu küçələrdə yolların və səkilərin yenidən qurulması, yollara çəkilən piyada keçid zolaqları və digər işarələri bildirən avtomobil yollarının xətlənməsi, işıqlandırma və yaşıllaşdırma işləri , yeni işıqforların quraşdırılması və digər istiqamətlərdə infrastruktur lahiyələrin müasir standartlara cavab verən metodlara əsaslanaraq çəkilməsi, əlbətdə ki,şəhər sakinləri tərəfindən məmuniyyətlə qarşılanıb.
Bu il şəhərin bir çox ərazilərinə ağaç əkilib və yaşıllaşdırma işləri aparılıb. Xudatda salınan yeni müasir park Xudat əhalisinin sözün həqiqi mənasında istirahət mərkəzinə çevrilib.Şəhərin mədəniyyət evi ərazisində daha bir müasir parkın tikintisinə, rayon rəhbərliyi lahiyə olaraq qərar qəbul edib. Xudatın yeni salınmış yaşayış massivləri üzrə və şəhərin 4-cü şöbə adlanan məntəqələrinin qazlaşdırılması başa çatıb və bu haqda ölkənin mətbuat orqanlarında məlumatlar var. Rayon rəhbərliyi dəyisdiriləndən sonra, rayonun bütün istiqamətlərdə infrastruktur layihələri sürətlə inkişaf edir və Xudat şəhərində də o cümlədən abadlıq işləri çoxşaxəli şəkildə həyata keçirilir. Bu da öz növbəsində şəhərin və şəhər sakinlərinin həyat keyfiyyətini yüksəldən amillərdəndir.
Çingiz Şahbazi, Siyasi şərhçi