“𝐃𝐢𝐧𝐢 𝐫𝐚𝐝𝐢𝐤𝐚𝐥𝐢𝐳𝐦, 𝐞𝐫𝐤ə𝐧 𝐧𝐢𝐤𝐚𝐡 𝐯ə 𝐧𝐚𝐫𝐤𝐨𝐦𝐚𝐧𝐢𝐲𝐚 𝐢𝐥ə 𝐛𝐚𝐠̆𝐥ı 𝐦𝐮̈𝐛𝐚𝐫𝐢𝐳ə𝐝ə 𝐭ə𝐡𝐬𝐢𝐥𝐢𝐧 𝐫𝐨𝐥𝐮” 𝐦𝐨̈𝐯𝐳𝐮𝐬𝐮𝐧𝐝𝐚 𝐦𝐚𝐚𝐫𝐢𝐟𝐥ə𝐧𝐝𝐢𝐫𝐢𝐜𝐢 𝐭ə𝐝𝐛𝐢𝐫 𝐤𝐞𝐜̧𝐢𝐫𝐢𝐥𝐢𝐛
Şəmkir rayon Faiq Ələkbərov adına Yuxarı Seyfəli kənd tam orta ümumtəhsil məktəbində gənclər arasında dini radikalizmin, erkən nikahın və narkomaniyanın qarşısının alınması mövzusunda maarifləndirici tədbir təşkil olunub.
Tədbirdə Şəmkir Rayon Polis Şöbəsinin rəisi Nəvai Qasımov və Şəmkir Rayon İcra Hakimiyyətinin əməkdaşı Ruhid Hacıyev, müəllim və şagirdlər iştirak ediblər.
Tədbirdə qeyd olunub ki, cəmiyyətin sağlam inkişafı, gənclərin düzgün istiqamətləndirilməsi və sosial təhlükələrin qarşısının alınması baxımından maarifləndirmə işi xüsusi əhəmiyyət daşıyır. Xüsusilə dini radikalizm, erkən nikah və narkomaniya kimi təhlükəli halların qarşısının alınmasında təhsil əsas vasitələrdən biri hesab olunur.
Çıxış edənlər bildiriblər ki, gənclərin milli-mənəvi dəyərlərə sadiq, sağlam düşüncəli və vətənpərvər ruhda formalaşması üçün ailə, məktəb və cəmiyyət arasında sıx əməkdaşlıq vacibdir. Təhsil müəssisələrində aparılan sistemli maarifləndirmə tədbirləri yeniyetmə və gənclərin zərərli vərdişlərdən uzaq tutulmasında mühüm rol oynayır.
Tədbirdə dini radikalizmin yaratdığı təhlükələrdən, erkən nikahın fəsadlarından və narkomaniyanın insan sağlamlığına, ailə münasibətlərinə və cəmiyyətə vurduğu zərərlərdən ətraflı bəhs olunub. Qeyd edilib ki, bu kimi halların qarşısının alınması üçün hər bir vətəndaşın məsuliyyəti və ictimai fəallığı vacibdir.
Həmçinin vurğulanıb ki, erkən nikah halları gənclərin təhsil hüququnun pozulmasına, gələcək inkişaf imkanlarının məhdudlaşmasına səbəb olur. Narkomaniya isə təkcə fərdi problem deyil, bütövlükdə cəmiyyətin sosial rifahına ciddi təhlükə yaradan amildir.
Sonda iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb və belə tədbirlərin davamlı keçirilməsinin vacibliyi diqqətə çatdırılıb. Tədbirin əsas məqsədinin sağlam, savadlı və təhlükələrdən uzaq bir gənc nəslin formalaşdırılması olduğu bildirilib
millət