"İvanovkada Velosipedlər və Gəzinti Marşrutları" layihəsi icra olunub

Dövlət Turizm Agentliyinin dəstəyi ilə İsmayıllı rayonu İvanovka kəndində icra olunan layihə

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin keçirtdiyi 2-ci Qrant müsabiqəsinin qalibi "İvanovkada Velosipedlər və Gəzinti Marşrutları" layihəsi icra olunub. Layihə çərçivəsində İsmayıllı rayonu İvanovka kəndində turizm infrastrukturun quraşdırılması, turizm sahəsində çalışan 3 ailəyə ümumi olaraq 16 ədəd velosiped verildi. Bu velosipedlər yerli əhali tərəfindən həm kəndə gələn turistlərə həm yerli sakinlərə icarəyə verilməsi üçün nəzərdə tutulur. Velosiped icarəsi xidmətini həyata keçirəcək şəxslərə müvafiq təlimlər keçirilib.

Layihə çərçivəsində icra olunan digər işlərdən isə kəndin qədim yolu olan - "Viluşka yolu" turistik piyada gəzinti məqsədilə (haykinq) nişanlanıb və müvafiq istiqamət və məlumat verici lövhələr quraşdırılıb. Bu yol kəndin mərkəzini Aşıqbayramlı gölü ilə 4km-lik piyada marşrutu ilə əlaqələndirir. Turizm infrastrukturu olaraq isə kənd ərazisində ümumi say 5 ədəd olan xüsusi piknik masaları quraşdırıldı. Bu isə yerli sakinlərin və turistlərin təbiətdə rahatlığını təmin edəcək.

Layihə Dövlət Turizm Agentliyinin maliyyə dəstəyi ilə keçirilib.