İnformasiya əsri...

Əflatun Məmmədov

İnternet və Yüksək Texnologiyalar üzrə ekspert

 

İnformasiya əsri,
İnformasiya, rəqəmsal dövrün 
1No-li əsas qidası kimi…
İnternet asıllığı (İnternetmaniya), Rəqəmsal şişkinlik (digital obesity), Rəqəmsal pəhriz (digital detox) və virtual zombiləşmə nədir?
Bəli, bu gün informasiya qida kimi tükədilir. Bütün neqativ cəhətlərinə baxmayaraq, internet platformaları da öz menyusundan, hər kəsin mədəni səviyyəsinə, eləcə də sosial statusuna uyğun olaraq: az, orta və yüksək kalorili qidalar kimi informasiya çeşitləri təqdim edir və bizi fasiləsiz şəkildə aktiv olaraq onlayn öyrədir. 
Bu informasiya bolluğu, əslində bilik və maariflənmə üçün misilsiz imkan yaratsa da, eyni zamanda insanı seçim qarşısında qoyur: nəyi qəbul edək, nəyi rədd edək?
Etiraf edək ki, internetin inkişafı özü ilə yeni çağın internetmaniya və virtual zombiləşmə trendləri yaratdı və qlobal rəqəmsal pandemiyanın da həyacanla təbil zəngi çalınır…
Həmçinin bu nəzarətsiz və dayanmadan davam edən informasiya istehlakı zamanla zehni həddindən artıq yükləyir, diqqəti parçalayır və insanı psixoloji-sosial baxımdan passivləşdirir. Bilikdən çox səthi məlumatla yüklənən fərd düşünmək əvəzinə laqeyidliklə ötüşdürməyə, təhlil etmək əvəzinə passivliklə durğunluğa yönəlir. 
Bu da “internetmaniya” (internet asıllığı), “virtual zombiləşmə” və “rəqəmsal şişkinlik” (“digital obesity”) kimi çağdaş problemləri ortaya çıxarır. Bu hal artıq qlobal rəqəmsal pandemiyadır, nəinki fərdi, həm də cəmiyyətləri total passivləşdirən, düşünən yox, sadəcə zombitək baxan, öləzimiş varlıqlara çevirən dərin bir prosesdir.
Ağıllı informasiya istifadəsi, Rəqəmsal pəhriz konsepti nədir? 
Bu problemin əsas həlli, informasiya istehlakına sağlam yanaşmadır. Rəqəmsal pəhriz (digital detox), texnologiyadan deyil, texnoloji vərdişlərdən azad olmaq deməkdir. İnsanlar və xüsusən gənc nəsil, rəqəmsal məkanla münasibətini şüurlu şəkildə tənzimləməli, keyfiyyətli və məqsədli məlumatlarla qidalanmalıdır. Bəli, ağıllı seçim, tənqidi düşüncə və məqsədyönlü öyrənmə üsulları, bu dövrün əsas mühəndislik silahına çevrilməlidir.
Sonsöz:
Unutmayaq ki, zehni yükləyən hər informasiya bilik deyil, hər virtual baxış, hər onlayn təmas öyrənmək deyil, eləcə də hər internet bağlantısı da arzu olunan, səmərə verən əlaqə deyil…