Daha bir azərbaycanlı həkimin uğuru 


Süd vəzi xərçəngin erkən aşkarlaması və xərcsiz müalicəsi…

Almaniyada fəaliyyət göstərən azərbaycanlı mütəxəssislərin uğurlarına daha bir əlamətdar nailiyyət əlavə olunub. Azərbaycan əsilli həkim Dr. med. Orxan Səfərov, MHBA Almaniyanın dövlət səviyyəli Mammografiya Skrininqi Proqramında Programmverantwortlicher Arzt (PVA – proqram üzrə məsul həkim) vəzifəsinə təyin edilib. Bu vəzifə süd vəzi xərçənginin erkən aşkarlanması sahəsində həyata keçirilən milli profilaktik proqramın tibbi və təşkilati rəhbərliyini əhatə edir və yüksək peşəkarlıq, geniş təcrübə və ciddi keyfiyyət standartlarına uyğun fəaliyyəti tələb edir. Mammography Screening proqramı niyə vacibdir? 
•• Süd vəzi xərçəngi qadınlar arasında ən çox rast gəlinən xərçəng növüdür.
•• Erkən aşkarlama sağalma ehtimalını artırır və müalicəni asanlaşdırır.
•• Şişlər simptomlar ortaya çıxmadan əvvəl müəyyən edilir.
•• Daha yüngül və orqanqoruyucu müalicə imkanı yaradır.
Mammography Screening-in dövlət və şəhər üçün faydalarına gəlincə,  
•• İctimai sağlamlıq üçün xərçəngdən ölüm hallarının azalması.
•• İqtisadi baxımdan tibbi xərclərin azalmasına, və sığortanın üzərinə düşən yükün azalmasına səbbəb olur.
•• Səhiyyə sisteminə inamın artması.
•• Qadınların sağlamlığının qorunması və profilaktik mədəniyyətin təşviqi. 
Qeyd edək ki,  Həmyerlimiz Dr. med. Orxan Səfərov  2011-ci ildən etibarən Almaniyada yaşayır və tibbi fəaliyyət göstərir. O, ilkin olaraq Travmatologiya və Ortopediya sahəsində çalışıb. Daha sonra isə Radiologiya üzrə ixtisas həkimi kimi ixtisaslaşıb.Dr. med. Orxan Səfərovun peşəkar fəaliyyətinə nəzər salsaq bir çox uğulara imza atanlardandır- desək yanlmarıq. Beləliklə 
    •2021-ci ildə tibb üzrə doktorluq elmi dərəcəsini (Dr. med.) alıb. 
    •    2025-ci ildə Master of Health Business Administration (MHBA) 
                    təhsilini uğurla başa vurmuşdur
    •    01.01.2025– 31.12.2025 tarixləri arasında MVZ Radiologie Troisdorf   
                    tibb mərkəzində Ärztlicher Leiter (tibbi rəhbər) vəzifəsində çalışıb. 
 Son dörd il ərzində yəni 2021-ci ildən etibarən  Dr. Sefaeov senologiya  süd vəzinin diaqnostikası və süd vəzi xərçənginin erkən aşkarlanması sahəsində ixtisaslaşıb.  Bu müddət ərzində o, Almaniyada həyata keçirilən Mammografiya Skrininqi Proqramında mütəmadi olaraq mammografiya görüntülərinin tibbi qiymətləndirilməsi ilə məşğul olub. Yeni vəzifəsinə gəlincə,  01.01.2026 tarixindən etibarən Dr. med. Orxan Səfərov Bonn – Euskirchen – Rhein-Sieg bölgəsi üzrə
Programmverantwortlicher Arzt (PVA – proqram üzrə məsul həkim) vəzifəsini icra etməyə başlayıb.  
Mammografiya Skrininqi Proqramı nədir? Mammografiya Skrininqi Proqramı Almaniyada süd vəzi xərçənginin erkən mərhələdə aşkarlanması məqsədilə həyata keçirilən milli profilaktik proqramdır. Proqram çərçivəsində 50–75 yaş arası qadınlar hər iki ildən bir skrininq mammografiyasından pulsuz istifadə etmək hüququna malikdirlər. Proqramın əsas məqsədi süd vəzi xərçənginin erkən mərhələdə aşkarlanması, vaxtında müalicəyə başlanılması və bununla da xəstəlikdən ölüm hallarının azaldılmasıdır.
Programmverantwortlicher Arzt (PVA – proqram üzrə məsul həkim) vəzifəsinin əsas funksiyalarına gəlincə, proqramı tibbi və təşkilati icrasına cavabdeh olan əsas həkimdir. Onun əsas vəzifələrinə aşağıdakılar daxildir:
    •    skrininq prosesinin tibbi rəhbərliyi və koordinasiyası
    •    mammografiya müayinələrinin təşkilinə və keyfiyyətinə nəzarət
    •    görüntülərin iki müstəqil həkim tərəfindən qiymətləndirilməsinin 
                    təmin edilməsi
    •    qeyri-müəyyən hallarda əlavə qiymətləndirmə və tibbi qərarların 
                     verilməsi
    •    zərurət olduqda qadınların dəqiqləşdirici diaqnostikaya dəvət edilməsi
    •    konsensus iclaslarının və multidissiplinar tibbi müzakirələrin təşkili
    •    keyfiyyətə nəzarət tədbirlərinin və tibbi standartların qorunmasının 
                  təmin edilməsi.
Yeri gəlmişkən Dr. med. Orxan Seferovun fəaliyyət göstərdiyi Bonn – Euskirchen – Rhein-Sieg skrininq bölgəsi Almaniyanın ən böyük skrininq ərazilərindən biridir. Burda ümumi əhali sayı: təxminən 1.090.000 nəfərdir. Skrininq hüququ olan qadınların sayı isə təxminən 205.000 nəfərə çatıb. 
Qeyd edək ki, həmyerlimiz  Azərbaycan əsilli həkim Dr. med. Orxan Səfərov bu cür proqramın gələcəkdə Azərbaycanda da səmərəli istifadəsi üçün tətbiq  olunacağını, müayinə və mülaicə zamanı xərclərin azalmasına zəmin yaradacaqını vurğulayır.

Millət