Bəziləri Qərbi Azərbaycan adından yaxşıca pul da qazanır, mənsəb sahibləri də olub

1 avqust 2023-cü ildən Qərbi Azərbaycan İcmasının nəzdində Qərbi Azərbaycan Televiziyası fəaliyyətə başlayıb. Fəaliyyət göstərdiyi 2 ildən artıq müddətdə bir dəfə də olsun Qərbi Azərbaycan uğrunda mübarizə aparan, bu ideaları gerçəkləşdirmək istiqamətində yorulmadan mübarizə aparan şəxslərə efir verilməyib. Bir vaxtlar Qərbi Azərbaycan sözündən təşvişə düşən, R.Mehdiyevin qorxusundan doğulduğu yeri çıkinə-çəkinə deyən, yaxud gizələdənlər gecə- gündüz bu televiziyada qayıdışdan, doğma yurd- yuva  həsrətindən danışırlar. Hələ içlərində biri də var -Abel Məhərrəmov.

Yaxşı yadımdadır 2004-2005-ci illərdə təsisçisi K.Nağıbəyli və baş redaktoru bəndıniz olan "İrəvan" qəzetini 16 səhifə həftəlik nəşr edəndə bizi qınayırdılar ki, siz dövlətin sülh planına qarşı çıxırsınız. Hədələyənlər də  olmuşdu. Bu mövzunu unudun deyənlər də vardı. Həm maliyə sıxıntısı, həm mənəvi, siyasi basqılar qəzetin davamlı nəşrini çətinləşdirirdı. Heç müsahibə belə vermək istəmirdilər. Bir dəfə əməkdaşlarımızdan biri "İrəvan" qəzetinin çapdan çıxmış bir neçə sayını da götürüb o vaxt Bakı Dövlət Universitetinin rektoru və deputat olan Abel Məhərrəmovdan müsahibə götürmək istəmişdi. Deputat rektorun həmin vaxtlar  köməkçisi Nəbi  Ramazanlı İrəvan adından hiddətini gizlətməmişdi. Əlacsızlıqdan rektorun özünü gözləyən müxbiri A.Məhərrəmov da qəzəblə qarşılayaraq onun Qərbi Azərbaycanlı  olmadığını söyləmişdi. İndi həmin akademik QAİ -nin tədbirlərində başda əyləşdirilir, efirlərdən düşmür.

Qərbi Azərbaycan TV ayrı-seçkilik etməklə ziyalılarımızı, tanınmış şəxslərimizi efirlərə buraxmır. Bir vaxtlar Qarabağ məsələsini inhisara almışdılar, indi də Qərbi Azərbaycan mövzusu inhisarlaşdırııb. Bəziləri bundan yaxşıca pul da qazanır, mənsəb sahibləri də olub. Hünəri olanlar R.Mehdiyevlərin dövründə danışsaydılar. Qərbi Azərbaycan izinin, pasportlardan, şəxsiyyət vəsiqələrindən, hüquqi sənədlərdən, yaddaşlardan silinməsinə göz yumdular, çıqqırlarını  çıxarmadılar. Nə yaxşı ki, cənab Prezident İ.Əliyev Qərbi Azərbaycan məsələsini aktuallaşdırır və daim gündəmdə saxlayır. Bu sadə, heç bir konyuktur güdməyən Qərbi Azərbaycanlılarda böyük ümid, inam və alqışlar yaradıb.Gəl ki, Abel Məhərrəmov və adlarını çəkmək istəmədiyim şəxslər bu mövzunu da kor qoymasalar yaxşıdı.

Əli Orucov