Bakıda Rusiya Təhlükəsizlik Xidmətinin iki əməkdaşı saxlanıldı

Xəbər verdiyi kimi, "Sputnik Azərbaycan"da keçirilən əməliyyat nəticəsində iki nəfər saxlanılıb.

Əməliyyat nəticəsində saxlanılan şəxslərin adı məlum olub.

Azərbaycan hüquq-mühafizə orqanları Bakıda "Sputnik Azərbaycan" redaksiyasının rəhbəri İqor Kartavıx və baş redaktor Yevgeni Belousovu saxlayıb.

Məlumata görə, onlar Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin ( FTX) əməkdaşlarıdır. 

“Rossiya Seqodnya” İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) 2025-ci ilin fevralında akkreditasiyası dayandırılsa da, qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirməsinə dair daxil olmuş əməliyyat məlumatı əsasında DİN araşdırmalara başlayıb