DSK-laının yenidən formalaşmasını ədalətli və obyektiv hesab etmək olmaz

Dairə seçki komissiyalarının yenidən formalaşmasını ədalətli və obyektiv hesab etmək olmaz. Bəzi kənar müdaxilələr və yanlış yanaşmalar Dairə Seçki Komissiyalarının təşkilinə neqativ təsir göstərdi.

Bunları Newscenter.az-a AMIP liderinin köməkçisi Əli Orucov deyib. O bildirib ki, xüsusən də AMİP-ə qarşı haqsızlıqlar edilib:

"Partiya məsələni dərindən və hərtərəfli araşdırıb qiymətini də verəcək. Lakin baş verənlər seçkilərə və seçki sisteminə pozitiv istiqamətdə dəyişəcəyinə olan ümidləri şübhə altına alınmasına ciddi əsaslar verir və aparılan fundamental siyasi islahatların ruhuna xələl gətirir".