Bu gün, 16 oktyabr 1991-ci ildə cağdaş Azərbaycan Mətbuatında xüsusi yeri və dəsti-xətti olan, azad fikirli və müstəqil düşüncəli insanların tribunasına çevrilmiş, müasir mətbuatda yeni bir məktəb yaradan, Etibar Məmmədovun təşəbbüsü ilə ərsəyə gələn "Millət" qəzetinin 35 yaşı tamam olur. Həmin tarixi missiyanı müxtəlif çətinliklər içərsində olmasına rəğmən bu gün də yaşatmaqda, milli mətbuat ənənələrinə sadiq qalmaqda və onu qoruyub, inkişaf etdirməkdədir. Təsadüfi deyil ki, qəzeti sıfırıncı nömrəsinə "Azərbaycan Respublikası Dövlət Müstəqilliyinin Bərpası Haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanunun və Azərbaycanın siyasi həyatında və tarixində önəmli rol oynayan ilk siyasi partiya- Azərbaycan Milli İstiqlal Partiyasının yaradılması haqqında Bəyannamə ilə başlayıb. Faktiki olaraq bu faktorlar həm də "Millət" qəzetinin Azərbaycan tarixinin bir səlanaməsi olmasına əyani sübutdur.
Mən "Millət" qəzetinin 35 illik yubileyi münasibəti ilə "Millət" sevərləri təbrik edir, onlara yeni- yeni uğurlar arzulayıram. Eyni zamanda bu qəzetdə zəhmət çəkmiş hər kəsə, xüsusən də keçmiş Baş redaktorlara minnətdarlığımı bildirirəm. Şadam ki, bu qəzetdə mənim də əməyim keşib və 2005-ci idən qəzetə sonradan isə internet versiyasında fəaliyyətini davam etdirən "millət.az" saytına Baş redaktor olaraq mən rəhbərlik edirəm.
Əli Orucov
"Millət" qəzetinin (millet.az) Baş redaktoru