"Tramp Natenyahunun ya özünü, ya baxışlarını dəyişə bilməsə, Qəzza planı iflas edəcək..." Bu fikirləri politoloq Aydın Quliyev səsləndirb.
O, daha sonra deyib:" İsrailin baş naziri Natenyahunun Evronyus televiziyasına kiçik müsahibədə dedikləri Yaxın Şərqdə proseslərin qanlı məcradan geri dönəcəyinə yaranmış ümidləri yenidən qırıb.Baş nazir Trampın təklifləri əsasında müharibənin 2 mərhələdə həll olunacağını deyib.İlk mərhələdə bütün girovlar azad edilməli , ikinci mərhələdə isə HƏMAS tərksilah edilməli və Qəzza demilitarizasiya olunmalıdır....Göründüyü kimi, baş nazir Qəzzadan İsrail qoşunlarının çıxarılmasını hələlik görmək istəmir.Natenyahu daha sonra Avropanın mövqeyi ilə bağlı suala cavabında sülhə bəslənən ümidlərə daha ağır zərbə vurub.Deyib ki, Avropa terroru müdafiə mövqeyi tutub, Çörçil demiş, timsahı yetizdirir, Fələstin dövlətinin yaradılmasını istəyir ki, İsraili məhv eləsin....
Bütün bunlar az imiş kimi, HƏMAS Trampın təklifini qəbul etməyəcəyi təqdirdə , "Tramp İsrailin HƏMAS- a qarşı ən qəti tədbirlər görməsini dəstəkləyəcək" deyib....
Belə görünür ki, Natenyahu Fələstin dövlətinin yaradılmasına imkan verməmək məqsədilə ilə həm də HƏMAS- ın tərksilah edilməsinə nail olmaq istəyir....
İndi gəlin belə strategiya ilə siyasət aparan bir dövlət başçısı ilə Yaxın Şərq müharibəsinin və qanların axmasının qarşısının alınacağına ümid edin....
Yaxın Şərqdə müharibə daha dəhşətli formaya keçə bilər, əgər Tramp Natenyahunun aqressiv baxışlarını islah edə bilməsə və ya İsraildə hakimiyyət dəyişikliyinə nail ola bilməsə...."