Texnoloji  İ n q i l a b

Əflatun Məmmədov yazır:

“Gələcək innovasiya, texnologiya, yaxşı idarəçilik, şəffaflıq və sahibkarlığa dövlət dəstəyindən ibarət olacaqdır.”

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

İnternet nədir?

Ümumi:

********

İnternet (lat. internus/inter - daxili və arasında; ing. net/network - şəbəkə) - TCP/IP (Transmission Control Protocol - verilənlərin ötürülməsinə nəzarət edən internet protokolu) istifadə edərək müxtəlif kompüter şəbəkələrini öz aralarında birləşdirən qlobal şəbəkədir.

Bu qlobal şəbəkəyə bir-birilə mis məftil, optik, elektron, wi-fi və digər texnoloji vasitələrlə qlobal və ya lokal şəkildə bağlanılmış fərdi, biznes, hökumət, təhsil və s. şəbəkələri daxildir.

"İnternet" sözü ilk dəfə olaraq 1990-cı ildə istifadə olunub. 1994-cü ildə isə ilk dəfə olaraq İnternetdən elektron kommersiya məqsədilə istifadəyə başlanılıb.

İnnovasia:

**********

İnternet müasir dövrdə:

1. Müxtəlif təsisat, universitet, və şirkətlər multimedia formasında (mətndən tutmuş videotəsvirə və səslərə kimi) elektron xidmətləri təklif edən digər təşkilat və çoxsaylı şəbəkələri birləşdirən nəhəng “WWW” - World Wide Web - ümumdünya elektron şəbəkəsi;

2. Geniş tutumlu informasiya selinin lokal və beynəlxalq serverlərə çıxışı mümkün edən və elektron poçtu təmin edən qlobal kompüter şəbəkəsi;

3. Qlobal kompüter şəbəkələrini vahid informasiya sisiteminə birləşdirilən, elmi bilgilərin, işgüzar, əyləncəli və s. məlumatların azad mübadiləsi üçün ən geniş imkanlara malik olan internet səhifələrində yer alan materiallar, internetə qoşulmaq, internet vasitəsilə məktublaşmağı təmin edən texniki-texnoloji imkanlıqlardır.

Xronika:

********

1958-ci ildə SSRİ-nin kosmosa ilk süni peyki buraxması ABŞ-ı müasir texnologiyaların inkişafını sürətləndirməyə sövq etdi. Bu məqsədlə Amerikada yaradılmış müdafiə təyinatlı xüsusi tədqiqat agentliyi olan DARPA yerüstü məlumat ötürülməsinin sürətləndirilməsi yönündə tədqiqatlara başladı. Bunun üçün ilk öncə ABŞ-da yerləşən bütün radarların vahid şəbəkədə birləşdirilməsi işinə başlanılaraq müxtəlif məntəqələrdə, Pentaqonda, Hərbi Hava Qüvvələri, Hava Hücümundan Müdafiə bazalarında və digər məntəqələrdə yerləşən kompüterləri vahid şəbəkədə birləşdirmək lazım idi. Bu işi görmək üçün ABŞ-ın ən yaxşı kompüter mütəxəssisləri bir araya gətirilərək uzun illər davam edən gərgin əmək və çoxlu tədqiqatlardan sonra 29 oktyabr 1969-cu ildə Kaliforniya Universitetindəki laboratoriyaların birində alimlər iki kompüteri vahid sistemdə birləşdirə bildilər.

Strategiya:

***********

Bu tarix İnternetin dünyada ilk dəfə meydana gəldiyi tarix hesab olunur. Artıq 1971-ci ildə 15 müxtəlif obyektlərdə olan kompüterləri vahid şəbəkədə birləşdirmək mümkün olmuşdu.

Bu sistemin adı ilk illər ARPANET olmuşdu. 1972-ci ildə ARPANET vasitəsilə elektron məktub göndərilməsinə imkan verən program yaradıldı və ilk dəfə olaraq @ (ət) işarəsi elektron poçt ünvanlarında işlədilməyə başladılaraq 1980-ci ildə bu işarə Beynalxalq standart kimi təsdiqləndi.

Texnoloji:

**********

1973-1974-cü illərdə TCP/İP protokolu meydana çıxdı və 2 əsas: Transmission Control Protocol - verilənlərin ötürülməsinə nəzarət edən və İnternet Protocol - internet protokolundan ibarətdir.

Proqress:

**********

Həmçinin, 1980-ci ildə, həm də Domain Name Server (DNS) - domen adları serveri yaradıldı. 1985-ci ildə isə ABŞ milli elm fonduna məxsus NSFNET - milli elm fondu şəbəkəsi üzərindən 56 kb/s. sürətilə informasiya ötürülməsinin üsulu tapıldı. Növbəti ildə isə informasiya ötürülməsi üçün 1,5 Mb sürət əldə edildi. Lakin, ilk illərdə bu sürəti qlobal olaraq hər yerdə deyil, yalnız laboratoriya daxilində tətbiq etmək olurdu. Şəbəkə vasitəsilə kompüterlərdə olan çoxlu sayda sənədlərdən hamı eyni vaxtda istifadə edə bilməsi üçün 1989-1990-cı illərdə “WWW” - World Wide Web - ümumdünya hörümçək toru adlanan, onun elektron şəbəkəsi sistemi yaradıldı.

Yekun:

*******

İnternetin qloballaşması 1988-1989-cu illərə təsadüf edir. Azərbaycanda isə İnternet 1993-cü ildən inkişaf etməyə başlamışdır.