Rusiyanın Azərbaycan üçün ən təhlükəli ölkə olduğunu dəfələrlə qeyd etmişəm

Rusiyanın Yekatenburq şəhərində hüquq-mühafizə orqanlarının soydaşlarımıza divan tutması barədə Azərbaycan parlamentinin keçmiş spikeri, Gələcək Azərbaycan Partiyasının qurucu Lideri Rəsul Quliyev öz fasebook səhifəsində paylaşım edib. Həmin paylaşımı Millət.az təqdim edir:

 "Mən bütün intervyularımda həmişə Rusiyanın Azərbaycan üçün ən təhlükəli ölkə olduğunu qeyd etmişəm. Baxmayaraq ki, mən Rusiyada yaşayan bir çox ləyaqətli şəxslərlə tanışam və onlara hörmətim var. Ancaq tanıdığım insanların ən azı 50 faizi Rus olmadığını və əslinin nəslinin başqa millətdən olduğunu deyirdi. Mən buna inanırdım ,çünki onların əksəriyyəti ölənə qədər alkol içib ağıllarını itirmirdilər.
 Bu başdan deyim Rusiya heç vaxt bizə yaxın olmayıb. Ümumiyyətlə tək bizə yox güya nə vaxtsa tərkibində olmuş müsəlman dinli ölkələrin hamısı ilə Ağa -Nökər münasibətləri qurmuş və 1991-ci ilin axırına qədər bunu saxlamağa çalışmış və indi bunu yenidən bərpa etmək fikrindədir. 

 Avropadan uzaqlaşmış -Bunların hökümdarı Pyoturun Avropaya açdığı qapını bağlamışdır. Həmin dəli Pyoturın da rus olduğu böyük şübhə altındadır. Dünyada yaranmış ən gənc olkələrdən biri sayılan Rusiya (1721) həm 1-ci dünya ,həmdə 2-ci dünya müharibəsində ABŞ və BB -nın hesabına tam dağılmaqdan xilas edilməsinə baxmayaraq Stalin və Beriyanın gücünə (nüvə silahını istehsal etditrənlər) tamamilə qudurmuş Xruşşovun vaxtından dünyaya meydan oxumağa başlayıb. Ancaq bu gün sivil ölkələrdən tədric edilmiş və faktiki Çinin qapazaltına çevrilmiş Rusiya yenidən dişlərini müsəlman ölkələri və özlərinin yaratdıqları heç bir torpağı olmayan  (Ermənistan 1918-ci ilə qədər Azərbaycanın olub) Ermənistana qıcayıblar. 

 Bu ölkənin Medinski adlı bir feyk tarixçisi var. Ondan öncə Ekaterina 2-nin əmri ilə Karamzin adlı birinci feyk tarixçi olub.
 Bu ölkənin indiki şahı Putin- yalançı, heç bir elmdən başı çıxmayan , ağressiv ,özündən müştəbeh yaramaz bir insandır. Hərdən mənə elə gəlir ki, bu bisavad adam Rusiyanın müdhiş qüdrətli bir ölkə olduğuna inanır. Bu adam 3 ildən çoxdur əhalisinin 4 dəfə ,ərazisinin 10 dəfələrlə kiçik olduğu Ukraina ilə müharibə aparır, cəmi 18 faiz ərazi zəpt etməsinə baxmayaraq 1 milyondan çox  insan itirib və hər çıxışında özünün qüdrətli sərkərdə olduğunu lovğalıqla qeyd edir. Bu insanın hədəfində ən böyük sərhəddi olan Qazaxstan və Azərbaycan dayanıb. Ermənistan çox ehtimal rusun hərbi bazasını bağlayacaq. Ancaq bu başdan boş adam Qazaxstanın arxasında Çinin durduğunu anlamır. Həmçinin Çinlə yanaşı orta asiya ölkələri və Azərbaycanın arxasında Türkiyənində dayandığı hamıya məlumdur. Bundan başqa hərbi gücünü nümayiş etdirə İranda Azərbaycan,Ermənistan və Tacikistanın arxasında dayanıbdır. 

 Nüvə silahı ilə hamını hədələyən bu yetim ölkənin 4000 nüvə raket və bombalarının heç 30 faizi belə hazır deyildir. Bombalarının 70 faizi şaxtalarında partlayıb, Rusiyanı darmadağın edəcək.Məgər bu bu başsız prezidentin ABŞ-ın Rusiyanı külə çevirəcək su altı nüvə silahları daşıyan su altı qayıqları olduğundan xəbəri yoxdur. Rusiyanın ballastik raketlərinin ABŞ və Avropa ölkələrinə çatması bir neçə saata baş tutursa həmin Su altı qayıqlarının məsələn Moskva və Peterburqu vurmasına 15 dəqiqə kifayət edər. Yəni maksimum yarım saata Rusiyanın böyük şəhərlərindən biri belə qala bilməz.

 Azərbaycan öz müstəqiliyini qorumaq və Rusiyanın indi olmayan qoşunlarının Azərbaycana hucumunun qarşısını ala bilər. Azərbaycan artıq bir neçə dəfə Rusiyadan qorxmadığını əyani şəkildə göstərib. Rusiyanın Azərbaycana qarşı Xəzər flotiliyasından istifadə etməsidə artıq mümkün deyildir. Çünki Xəzər Qazaxstan,Türkmənistan ən əsası İranla sərhəddədir. İran Rusiyanın Xəzərdən Azərbaycanı vurmasına xüsusilə Bakını imkan verməz. Azərbaycanın Rusiyada varlanmışları o ölkəni tərk etməyəcəklər. Onlar rüşvətlərini verib orada yaşayacaqlar. Ancaq sadə azərbaycanlıların əksəriyyəti oranı tərk etsə yaxşıdır. Böyük təhlükə arvad və ərləri Azərbaycanlı olanlar üçündür.

Ardı olacaq...