Azad olunmuş torpaqlarda “Smart Region Layihələri

Yeni Yol Xəritəsi -
Azad olunmuş torpaqlarda: 
“Smart Region Layihələri (SRL),  
Ağıllı Kənd (AK), Asan Həllər (AH), 
Yaşıl və Alternativ Enerji Konsepti (YAEK) …”

Yaranmış yeni reallıqların fövqündə və eləcə də həyata keçirilən innovativ dövlət siyasətinə uyğun olaraq azad olunmuş torpaqlarda smart konsepsiyalar üzrə “ağıllı” region, “ağıllı” həllər yönlü layihələrə start verildiyi məlumumuzdur.
Çağımızın qaçılmaz gerçəkliyi də odur ki, rəqəmsal transformasiya proqramı çərçivəsində aqrar sfera üzrə həyata keçirilən yaşıl və alternativ enerji mənbələrindən istifadəyə geniş yer verilir və eləcə də  “smart” layihələrin rəqəmsal senariləri əhatə olunaraq işə salınmış olur.
Bu senarilərin həyata keçirilməsi zamanı innovativ texnologiyaların geniş tədbiqinə yer verilir. Belə ki,  “smart” aqrar xidmətlərin səmərəli təşkilinə nail olmaq üçün xüsusi seçilmiş coğrafi məkanlar, onların reliyef və landşaftı, o cümlədən digər coğrafi xüsusiyyətləri “ağıllı” həllər konseptinə uyğunlaşdırılmış olur. 
Burada hər iki trend, o cümlədən innovativ texnologiyalar, yaşıl və alternativ enerjidən istifadə konsepti işğaldan azad olunmuş regionun yeni imkan və potensiallarını üzə çıxarmış olacaqdır.  
Rəqəmsal aqrar siyasəti bu sferanı inqilabi dəyişikliklərə məruz qoyacaq, mütərəqqi üsullar və yeni şərtlərlə regionda “smart” tələb və təkliflərin əsasını formalaşdıracaq, elektron aqrar xidmətlərin sferasını da genişləndirmiş olacaqdır. 
Bununla da “Azad olunmuş torpaqlarda smart region layihələri, alternativ enerji konsepti, o cümlədən ağıllı kənd, asan həllər üzrə yeni yol xəritəsinin icrası daha da aktuallıq qazanmış olacaqdır.  
Burada yaşıl və alternativ enerji konsepsiyasının tədbiqi geniş vüsət alacaq, smart idarəetmə ilə elektron aqrar siyasəti get-gedə regionun dərinliklərinə işləyəcəkdir. Həmçinin əkin, biçin və torpaq sahələri yeni mütərəqqi üsullarla əkilib-becəriləcək və eləcə də heyvandarlıq - maldarlıq sferasında məhsuldarlığın səmərələliyi artaraq rasionllaşdırılmış olacaqdır. 
Beləliklə yeni elektron aqrar üsuli-idarəsi yaranacaq, o da öz növbəsində ənənəvi yanaşmaları yeni intellektual idarəetmə prinsip və mexanizmləri ilə əvəzləmiş olacaqdır.

Əflatun Məmmədov,

Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun  direktorunun birinci müavini,

İnternet və Yüksək Texnologiyalar üzrə ekspert