Rəqəmsal iqtisadiyyat

Rəqəmsal iqtisadiyyat dedikdə - bütöv iqtisadiyyatın rəqəmsal texnologiyalara keçid almış (transformasiya olunmuş), maliyyə-iqtisadi və texnoloji əməliyyatlar sistemininın “ağıllı” platformalar üzərindən inntellektual idarəolunması başa düşülür.

Həmçinin ölkə başçısı 2019/2023-cü illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına həsr olunmuş konfransdakı çıxışında bildirmişdir: “IV Sənaye İnqilabında ölkəmiz regionda lider ölkə olmalı, necə ki, Davos Forumu bizi regionda lider ölkə kimi görür, biz də bu sferada liderliyi ələ almalı və əldə etdiyimiz nailiyyətlərlə də davamlı inkişafımızın gələcək təməlini qurmalıyıq”.

Bildiyimiz kimi ötən əsrin 60-cı illərində III Sənaye İnqilabı baş vermiş, istehsalat proseslərində buxar maşınlarından başlayaraq elektrikin kəşfi və eləcə də avtomatlaşma, kompüterləşmə layihələrinin geniş tədbiqi ilə vüsət almış və bununla da yeni çağ- İnternet çağı başladılmış, lV Sənaye İnqilabına keçid də sürətlənmişdir.

Burada əsas məqsəd, dünya ölkələrinin IV Sənaye İnqilabının Sürətli axınında kompüterləşmə, Elektronlaşma və “ağıllı” internet platformalarında rəqəmsallaşma ilə müşaiət olunan elmi-texniki tərəqqi proseslərin sərt rəqabət şərtlərinə ayaq uydurmaq, həmçinin yeni “innovativ dünya”da öz layiqli yerlərini tutmağı bacarmaqdır.

Məlum olduğu kimi IV Sənaye İnqilabındakı bütün proseslər qlobal idarəetmə sistemlərində birləşmiş və burada ən önəmli rolu da “böyük həcmli məlumat selinin idarəolunması elmi” (big data science) hədəf seçilərək oynayır.

Həmçinin də əşyaların interneti, bulud texnologiyaları, block-chain texnologiyaları, süni intellekt, nanotexnologiyayalar və eləcə də biotexnologiya və sair. Kimi innovativ layhələrin də ortaya çıxması, lll Sənaye İnqilabının sənaye potensialını IV Sənaye İnqilabının Qlobal Sənaye Platformasında Rəqəmsal İqtisadiyyatın geniş təşəkkül tapması ilə bir araya gətirmişdir.

Bununla da, rəqəmsal iqtisadiyyat mövzusu ölkəmizdə də əsas strateji mövzulardan biri olaraq gündəmə gəlmiş və respublikamızın regionda innovasiyalar mərkəzinə çevrilməsi üçün müəyyən bir regionun (bu məkan şərti olaraq Abşeron yarımadası və digər sərbəst coğrafi baxımdan əlverişli bölgələr də ola bilər) “Silikon Vadisi” kimi yaxın gələcəkdə azad iqtisadi zonalara-texnoparlar şəhərciklərinə (Dubay variantı – “Internet şəhərciyi”, “knowledge village” və diğər “smart” layihələrə) çevrilməsini daha da aktual gündəm edəcəkdir.

Dövlət başçısının: “Gələcək innovasiya, texnologiya, yaxşı idarəçilik, şəffaflıq və sahibkarlığa dövlət dəstəyindən ibarət olacaqdır və iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir.” fikri də bu baxımdan əbəs yerə deyilməmişdir.

Əflatun MƏMMƏDOV,
Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun direktorunun birinci müavini,
İnternet və Yüksək Texnologiyalar üzrə ekspert,