Mətbuat Şurasının yeni sədri və İdarə Heyəti seçildi 

Azərbaycan jurnalistlərinin bu gün keçirilən qurultayı başa çatıb. Qurultayda Mətbuat Şurasının yeni sədri, idarə heyəsti və Nəzarət Təftiş Komissiyasının yeni tərkibi formalaşdırılıb. 

Millət.az saytının xəbərinə görə, səsvermə yolu ilə formalaşdırılan İdarə Heyətinin tərkibinə 23 nəfər daxildir.

MŞ İdarə Heyətinin jurnalistlər arasından seçilən üzvləri aşağıdakılardır:

Hacıbəy Heydərli – "Azxeber.com" saytı;
Orxan Amaşov – AnewZ;
Səadət Məmmədova – ATV;
Nurşən Quliyev – APA;
Vüqar Rəhimzadə - "İki sahil" qəzeti;
Elşad Eyvazlı – Modern Media Qrupu;
Seyfəddin Hüseynli – "525-ci qəzet";
Qalib İbrahimoğlu – "Bakivaxti.az" saytı;
Fərid Şahbazlı – "Editor.az" saytı;
Elçin Alıoğlu – "Trend" İA;
Anar Tahirov – "Bizim.media" saytı;
Vəfa Həmzəyeva - Real TV
Elmira Musayeva - CBC
Hümbət Musayev- Xalq qəzetinin baş redaktorunun birinci müavini
Vüqar Zifəroğlu – BDU, Jurnalistika fakültəsi;
Müşfiq Ələsgərli – Jurnalistlərin Həmkarlar İttifaqı;
Əminə Yusifqızı – Veteran jurnalist;
Bəhruz Məmmədzadə - "Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları" İctimai Birliyi;
Ayaz Mirzəyev - Azərbaycan Jurnalistləri Şəbəkəsi İctimai Birliyi
Fərid Pərdəşünas - Technote Media Şirkəti;
Könül Niftəliyeva – BDU, Jurnalistika fakültəsi
Azər Həsrət – Bayraqdar Media
Yeganə Hacıyeva – Gənc Demokratlar İnstitutu;

12.12

Mətbuat Şurasının yeni sədri seçilib.

Qaynarinfo xəbər verir ki, Azərbaycan jurnalistlərinin IX qurultayı çərçivəsində keçirilən səsvermənin nəticələrinə əsasən, Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçilib.

Qeyd edək ki, Vüqar Zifəroğlu Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanıdır.

09:11

Bakıda, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Mətbuat Şurasının IX qurultayı keçirilir.

"Report"un xəbərinə görə, toplantıda ümumilikdə 225 nümayəndənin iştirakı təsdiqlənib.

Qurultayda Azərbaycan Mətbuat Şurası İdarə Heyəti sədrinin və Nəzarət-Təftiş Komissiyasının hesabatları dinləniləcək, hesabat ətrafında müzakirə aparılacaq, Şuranın İdarə Heyətinin yeni tərkibi seçiləcək. Azərbaycan jurnalistlərinin qurultayında Təşkilat Komitəsi tərəfindən yekun seçki bülleteninə ən çox səs toplamış 46 namizədin adı daxil edilib.

Toplantıda İdarə Heyətinə 28 jurnalist namizəddən 14-ü, 18 ictimaiyyət nümayəndəsi olan namizəddən isə 9-u seçilir