İran ABŞ-la danışıqlar aparmaq üçün Pakistana və ya Qətərə nümayəndə heyəti göndərməyi planlaşdırmır.
Musavat.com xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasına yaxınlığı ilə bilinən "Nour News" informasiya agentliyi məlumat yayıb.
Rəsmi şəxs Cenevrə, Doha və ya İslamabadda ABŞ-İran danışıqlarının bərpa olunması haqqında yayılan xəbərləri təkzib edib.
Mənbə bildirib ki, ABŞ Maliyyə Nazirliyinin son addımları İran və Oman arasında gedən nisbətən uğurlu danışıqları çətinləşdirib.
Qeyd olunur ki, rəsmi Tehran Vaşinqtonun bu addımlarından sonra dialoqun bərpası üçün heç bir addım atmayacaq.