İsrail atəşkəsi pozdu

İsrail Müdafiə Qüvvələri (ÇAXAL) bazar günü Livanın cənubundakı Deyr-ez-Zəhrani rayonuna endirilən zərbə nəticəsində İranmeylli "Hizbullah" hərəkatının "Bədr" bölməsinin yüksəkrütbəli komandiri Abu Həsən Əlaanın öldürüldüyünü bəyan edib.

Musavat.com xəbər verir ki, İsrail ordusunun məlumatına görə, bu aviazərbə "Hizbullah"ın "təhlükəsizlik zonasında" İsrail hərbçilərinə qarşı törətdiyi əməllərə cavab olaraq həyata keçirilib.

Yayılan rəsmi bəyanatda qeyd olunur ki, Abu Həsən Əlaa son illərdə İsrail əsgərlərinə və mülki şəxslərə qarşı keçirilən əməliyyatlarda iştirak edən "Hizbullah"ın bir neçə döyüş bölməsinə komandirlik edirmiş.