İsraildə müxalifət hakimiyyətin bir addımlığındadır

İsrail prezidenti İsaaq Hersoq İsraildə keçirilən son parlament seçkilərindən sonra Knessetə mandat almış siyasi partiya liderləri ilə ayrı-ayrılıqda görüşərək onların mövqelərini öyrənib. Məlum olub ki, Gadi Eisenkotun müxalif koalisiyası yeni Kabineti qurmaqda daha şanslıdır. Belə ki, ərəb partiyaları da dəstəkləyir və 67 deputat onu baş nazir görmək istəyir. İsrail qanunvericiliyinə görə isə Kabinetin formalaşması üçün 61 deputatın səsi lazımdır. Lakin burada bir problem var. Libermanın rəhbərlik etdiyi "İsrail Bizim Evimiz" Partiyası ərəb partiyaları ilə bir koalasiyada olmaq istəmir.

Prezident İ.Hersoq Kabineti formalaşdırmaq üçün tərəflərin birinə tapşırıq verəcəyi gözlənilir. 

Millət