𝐒̧ə𝐦𝐤𝐢𝐫𝐝ə 𝐇𝐞𝐲𝐝ə𝐫 Ə𝐥𝐢𝐲𝐞𝐯𝐢𝐧 𝟏𝟎𝟎 𝐢𝐥𝐥𝐢𝐲𝐢 𝐦𝐮̈𝐧𝐚𝐬𝐢𝐛ə𝐭𝐢𝐥ə 𝐬ə𝐲𝐲𝐚𝐫 𝐭𝐢𝐛𝐛𝐢 𝐱𝐢𝐝𝐦ə𝐭 𝐚𝐤𝐬𝐢𝐲𝐚𝐬ı 𝐤𝐞𝐜̧𝐢𝐫𝐢𝐥𝐢𝐛

𝐒̧ə𝐦𝐤𝐢𝐫𝐝ə 𝐇𝐞𝐲𝐝ə𝐫 Ə𝐥𝐢𝐲𝐞𝐯𝐢𝐧 𝟏𝟎𝟎 𝐢𝐥𝐥𝐢𝐲𝐢 𝐦𝐮̈𝐧𝐚𝐬𝐢𝐛ə𝐭𝐢𝐥ə 𝐬ə𝐲𝐲𝐚𝐫 𝐭𝐢𝐛𝐛𝐢 𝐱𝐢𝐝𝐦ə𝐭 𝐚𝐤𝐬𝐢𝐲𝐚𝐬ı 𝐤𝐞𝐜̧𝐢𝐫𝐢𝐥𝐢𝐛

Heydər Əliyev xalqın sağlamlıq məsələlərinə daim taleyüklü məsələ kimi yanaşmış, bu sahənin cəmiyyət həyatında həlledici rol oynadığını dəfələrlə vurğulamış və  səhiyyəni cəmiyyət və dövlət həyatında ən mühüm, sahə kimi qiymətləndirirdi. 

 Heydər Əliyev üçün ən vacib sahələrdən biri də məhz insanların sağlamlığının qorunması idi. 

 Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Şəmkir Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Şəmkir Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxs və "Şəmkir Gənc Həkimlər” Birliyinin təşkilatçılığı ilə rayonun Çinarlı qəsəbəsində səyyar tibbi xidmət aksiyası keçirilib.

Səyyar tibbi xidmət müxtəlif ixtisaslı gənc həkimlər tərəfindən aparılıb, sakinlərə stomotoloji, kardioloji, endokrinoloji və digər xəstəliklər üzrə müayinədən keçmək imkanı yaradılıb. 

"Şəmkir Gənc Həkimlər” Birliyinin üzvlərindən ibarət həkimlər briqadası 40 nəfərdən çox sakini müayinə ediblər. Müayinələrin nəticəsindən asılı olaraq onlara müvafiq tövsiyələr və tibbi göstərişlər verilib, əməliyyata ehtiyacı olanlar isə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına dəvət olunublar.

Millət