Din dövlətdən ayrıdır, lakin...

 

Azərbaycanda orta məktəblərdə vahid geyim formaları və dünyəvilik prinsipi ilə əlaqədar yeni qaydaların tətbiqi baş örtüyü (hicab) zəminində gərginliyə səbəb olub. Artıq neçə gündür bu mövzu ətrafında gərgin müzakirələr və etirazlar davam edir. Lakin proseslərin məcradan çıxaraq qarşıalınmaz istiqamətə yönələcəyi ehtimalları az olsa da, xarici müdaxilələrin artması fonunda diqqətli və həssas olmağımız vacibdir.

 Baş Nazir Ə.Əsədovun məktəblərdə geyim forması ilə bağlı  21 Sentyabr 2026, № 309 və müəllimlərin geyim tələbləriini tənzimləyə 6 Oktyabr 2026, № 325 saylı qərarları  xüsusən də, İran mediasında, qardaş Türkiydə bəzi sosial şəbəkə seqmentlərində təhrif olunmuş şəkildə yayılır. Doğrudur, həmin qərarlarda hicabla bağlı heç nə deyilmir və dövlət ümumi təhsil müəssisələrində şagirdlərin və müəllimlərin geyimləri ümumi təhsilin dünyəvilik prinsipinə uyğunluğu tələb olunur. Prinsipcə burda qeyri-adi və gərginliyə səbəb olacaq bir şeylər yoxdur. Ancaq qərarın icrası və tətbiqi ciddi narazılqılar, etirazlar yaradır. Qərar istisnasız olaraq bütün təhsil müəsissilərinə şamil edilir, heç bir ayrımçılıq və immunitet olmadan. Lakin Milli Qəhrəman A.Aqanurov adına  Bakı şəhəri 152 saylı yəhudi məktəbdə bunu nədənsə tələb edən yoxdur.

Gələk baş nazir Ə.Əsədovun qəbul etdiyi sözü gedən həmin qərarların hüquqi tərəfinə. Təəssüflər olsun ki, baş nazir belə bir həssas məsələ ilə bağlı qərar qəbul edərkən ictimai rəy öyrənilməyib, sosioloji təhlillər aparılmayıb, cəmiyyətin nəbzi yoxlanılmayıb. Ən əsası qərarın Ana Yasaya və qanunvericiliyə uyğunluğuna diqqət yetirilməyib və  əvvəlcədən maarifləndirmə, izahat, təbliğat işləri aparılmayıb. Yəni cəmiyyət buna hazırlanmayıb. Bundan əvvəl,  Baş Nazirin 2019-cu il qərarı  məktəblərdə vahid geyim qaydasının tətbiq edilməsinin hüquqi çərçivəsini və qanuni əsasını formalaşdıran ilk rəsmi addım atılarkən ciddi etirazlar doğurdu və Təhsli nazirliyinin qarşısında buna etiraz edənlərlə hüquq-mühafizə orqanları arasında qarşıdurma baş verdi. Həmin hadisələr zamanı hər iki tərəfdən xeyli insan xəsarət aldı. İstər daxildə, istərsə də xaricdə hökumətə sərt təpkilər göstərildi. Deməli, hökumət anlamalı idi ki, qərarı qəbul edərkən hansı nəticələri doğuracaq və bunun inzibatı üsullarla, zorakılıqla qarşısnın alınması əks effekt yaradacaq.

Aradan 7 il keçsə də, eyni hallar və oxşar ssenarilər təkrarlanır. Fikrimcə, 2019-cu il hadisələrindən dərs çıxararaq hökümət, dini siyasətiin həyata keçirilməsinə məsul olan dövlət qurumu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları Ruhani İdarəsi inanclı kəsimlə fəal şəkildə işləməli, Azərbaycan dövlətinin dünyaviliyini, onun maraqlarını və təhlükəsizliklə bağlı qayğılarını çatdırmalı, İranın, yaxud digər xarici güclərin din pərdəsi altında ölkədə qurduğu şəbəklərin zərərsizləşdirilməsinə çalışmalı idilər. Və həmin qurumlar xüsusi təhlükəsizlik orqanları ilə koordinasiyalı fəaliyyət göstərilməli idi ki, bu kimi ünsürlərin və ya xarici təxribatçıların Azərbaycandakı hücrələrini vaxtında aşkarlanıb məhv edilməsi mümkün olsun.  Məhz Dini Qurumlarla İş üzrə Dövlət Komitsəinin (keçmiş sədri M.Qurbanlı sonradan deputat mandatı ilə mükatlandırıldı) və Qafqaz Müsəlmanları Ruhani İdarəsinin başda Allahşükür Paşazadə olmaqla, həmçinin bir çox din alimlərinin, ruhanilərin, axud və imamların məsuliyyətsizliyinin nəticəsində məktəblər bəzi missionerlərin həfəfinə çevriliblər. İnanclı kəsim məktəbə, təhsilə  və dövlətə qarşı qoyulub. Dini İşlər üzrə Komitənin birbaşa vəzifəsi müxtəlif dini etiqadların dini qurumları arasında qarşılıqlı hörmət, anlaşma və dözümlülük mühitinin möhkəmlənməsinə kömək edilməsi, dini radikalizmin və ekstremizmin, dini zəmində qarşıdurma və ayrı-seçkilik hallarının, digər mənfi təzahürlərin qarşısının alınması olduğu halda, bu vəzifəsinin öhdəsindən heç vaxt gəlinməyib.  Yaxud Qafqaz Müsəlmanları Ruhani İdarəsi faktiki olaraq nəzir-niyaz yığmaqdan başqa əlindən bir iş gəlməyib. Yas və digər dini mərasimlərdə savadsız və dindən xəbəri olmayan mollalar İran və radikal şiə təbliğatı aparmaqla məşğuldurlar. İslamın mahiyyətini cəmiyyətə, insanlara doğru düzgün çatdırılmasında ciddi boşluqlar mövcudr. Müqqəddəs məkanlara ziyarərtər və turlar təşkil edən mərkəzlər və ya şəxslər tam başlı-başına buraxılıblar. Onların bir çoxunun xarici məxfi şəbəkəyə, yaxud xüsusi orqanlarla əlaqədə, təsirdə olmalarına şübhə etmirəm. İslamı anlayan, dinin mahiyyətini bilən inanclı insanlar heç vaxt cəmiyyətə açıqcasına hörmətsizlik etməzlər, dövlət orqanların qarşı baş qaldırmazlar, barışa və qardaşlığa qarşı çıxmazlar və problemləri qarşılıqlı etimad əsasında həllinə səy göstərərlər. Təssüflər olsun ki, bir çox inanclı insanlar hicabla bağlı bəzi ünsürlərin hay-küyünə, yersiz hərəkətlərinə bilməyərəkdən qoşularaq  onların toruna düşüblər.

Azərbaycan Respublikası Konstitusiyasının 48-cı maddəsində hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququna təminat verir. Eyni zamanda o da qeyd olunur ki, dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır. Təhsil haqqında Azərbaycan Respublikası qanunun 5.1-ci maddəsinə əsasən, dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir. Fikrimcə, Baş Nazir Ə.Əsədovun qəbul etdiyi və ictimai narazılıq doğuran məlum son iki qərarı həm Konstutusiya ilə, həm də Təhsil haqqında qanununla uyğunsuzluq təşkil edir. Bu həm də Azərbaycandakı yüz minlərlə inanclı insanın din pərdəsi altında İranın və ya digər təxribatçı güclərin çirkin planlarının həyata keçirilməsinə fürsət vermək onların təsir dairəsinə salmaq deməkdir.  Heç kəs və heç bir dövlət qurumu hansısa göstərişlə vətəndaşın təhsil alması hüquqnu əsla poza bilməz. Qızların hicabla da dərslərə qəlməsi azad olmalıdır və onların hüquqlarına məhdudiyyat yaratmamalıdır. Belə hal Azərbaycandakı nümunə olan dini etiqad azadlığına və tolerantlığa kölgə salmamamlıdır.

Hökümətin qəbul etdiyi qərarları düz-əməlli izahı da yoxdur.  Hicabın güya təhsildə dini təbliğatın qarşısnın alınmasına, dünyəvilik prinsipinin təmin edilməsi ilə izah edilir. Halbuki hicabın dünyəvilik prinsiplərinə mane yaratmasına, cəhalətə aparmasına, savadsızlıq yaramsına heç bir dəxli yoxdur. Bunun sübutu, təsdiqi də yoxdur. Təhsil müəssisələrində hicaba qadağa qoymaqla onun dünyəviliyini, keyfiyyətini, davamiyyətini və s. təmin etmək barədə səsləndirilən fikirlər absurddur. Onsuz da Azərbaycanda təhsil məhv edilməkdə, ölkədə savadsızlıq genişlənməkdədir. Bölgələrdə bu vəziyyət olduqca acınacaqlıdır.  Hökumət hicaba qadağa yox, təhsilin keyfiyyətinin artırılmasına diqqət yetirməlidir.  Və inzibatı üsullarla da bunu həyata keçirmək doğru addım deyil.

Qızların hicabla məktəblərə gəlməsinə qadağa qoyulması problemlərin həlli deyil, problemlərin dərinləşməsinə aparan yoldur. Hətta qeyri-müsəlman ölkələrində də məktəblərdə qızlara hicabla bağlı qadağa yoxdur. Əhalisin 90 faizi müsəlman olan Azərbaycanda belə qərarlar çox həssalıq, diqqət və spessifik yanaşma tələb edir. Bu rüsumların artırılması, meşədə, yaxud yol kənarlarında giləmeyvə yığılmasına görə cərmələrin tətbiq edilməsi kimi qərarlara, qanunlara bənzəməz. Təkcə daxili təpki deyil, dostlarımızın, həmçinin sivil dünyanın da göstərəcəyi münasibət nəzərə alınmalıdır. Hamıya qarşı eyni anda cəbhə açmaq doğru deyil və bunun ciddi fəsadları ola bilər. Ona görə də hesab edirəm ki, kompromislər və yumşalmalar olmalı, hətta Baş Nazir Ə.Əsədov həmin qərarlarına yenidən baxmalıdır ki, yanlışlıqlardan dönülsün və dövlətimiz, onun böyük zəhmət və gərgin fəaliyyətlə qazandığı beynəlxalq nüfuzuna, o cümlədən İslam coğrafiyasındakı yüksək mövqeyinə xələl gətirməsin.   

Əli Orucov