Ağasif Şakiroğlu
Gələcək Azərbaycan Partiyasının sədri
Prezidentin yerli mətbuat nümayəndələrinə verdiyi son müsahibəni dörd dəfə dinlədim. Hər dəfəsində də zövq aldım, fəxr etdim, qürurlandım… Prezident Əliyev cənabının məlum müsahibəsini milli dövlətçiliyimizin aydın siyasi manifesti hesab edirəm.
Müsahibənin əsas ideya xətti dövlət maraqlarının bütün amillərdən üstün tutulması oldu.
Siyasi partiya sədri kimi tam əminliklə bildirirəm ki, Prezident İlham Əliyevin bu müsahibəsi:
• Azərbaycan dövlətçiliyinin möhkəm ideoloji əsaslara söykəndiyini,
• siyasi sabitliyin şüurlu şəkildə qorunub saxlanıldığını,
• xarici siyasətdə müstəqil, balanslı və eyni zamanda qətiyyətli xəttin davam etdirildiyini,
• liderliyin isə məsuliyyət, təcrübə və strateji baxış üzərində qurulduğunu bir daha nümayiş etdirdi.
Sözügedən müsahibə bir daha sübut edir ki, Azərbaycan bu gün emosiyalarla deyil, ağılla, təhlükələrlə deyil, imkanlarla, təsadüflərlə deyil, planlı siyasətlə idarə olunur.
Biz Gələcək Azərbaycan Partiyası olaraq Prezidentin həyata keçirdiyi dövlətçilik kursunu dəstəkləyir və onun Azərbaycanı daha güclü, daha sabit və daha nüfuzlu dövlətə çevirmək yolunda atdığı addımları tam şəkildə müdafiə edirik.
Unutmaq lazım deyildir ki, bu Vətən hər birimizindir. İqtidarlı-müxalifətli hər kəs dövlətinin uğurlarına sevinməli, kədərinə şərik çıxmalı, savaşına qatqı verməlidir. Bu prinsiplər hər bir siyasi partiyanın ana xəttini təşkil etməlidir. Daxili, sağlam siyasi rəqabəti qorumaqla qaraguruhçuluğu daxilimizdə dəfn etməyi bacarmalı, ölkəmizdə daxili siyasi rəqabətin milli birliyə, milli həmrəyliyə zərər vurmasına əsla imkan verməməliyik!