Levon Mnatsakanyan həbs edildi

Ermənistanın Azərbaycanın Qarabağ bölgəsindəki işğalçı qüvvələrinin keçmiş komandanı Levon Mnatsakanyan Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Musavat.com xəbər verir ki, bu barədə teleqram kanallarında məlumat yayılıb.

Məlumatda bildirilib ki, "general-leytenant" Levon Mnatsakanyan bu yaxınlarda Qarabağdan Ermənistana gedən keçid məntəqəsində azərbaycanlılar tərəfindən saxlanılıb.