Ermənistan hakimiyyətinin Azərbaycana qarşı törədilən nifrət cinayətində birbaşa əli var

Millət Vəkili Azay Quliyev 14 apreldə İrəvanda bayrağımızın yandırılmasına kəskin ediraz edərək bilidirib:"  Aprelin 14-də İrəvanda ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının rəsmi akkreditasiya olunmuş şəxs tərəfindən nümayişkarcasına və həm də tamaşaçıların alqışları ilə yandırılması, bu çirkin əməli törədənin öygü ilə qarşılanması Ermənistanda ictimai təfəkkürün hələ də orta əsrlər səviyyəsində qaldığını, bu toplumun nifrət və rasizm xəstəliyindən və xəstə millətçilik zehniyyətindən qurtulmadığını bir daha sübut etdi. 

Belə bir vəhşiliyin Ermənistanın baş nazirinin iştirak etdiyi mərasimdə baş verməsi və bununla bağlı hər hansı bir tərdbirin görülməməsi isə bir daha onu göstərir ki, Ermənistan hakimiyyətinin Azərbaycana qarşı törədilən nifrət cinayətində birbaşa əli var.

Yəqin xatırlayırsınız,  2015-ci ildə Bakıda keçirilən Birinci Avropa Oyunlarında Azərbaycan erməni idmançılarını hansı səviyyədə qarşıladı, hətta ermən idmançısına medalı şəsxən Prezident İlham Əliyev təqdim etdi və tamaşaçıların buna adekvat yanaşmasına işarə etməklə xalqımızın nə qədər mədəni və yüksək mənəvi keyfiyyətlərə malik xalq olduğunu  bütün dünyaya bir daha nümayiş etdirdi.

İndi qoy beynəlxalq ictimaiyyət hər iki xalqın və hər iki liderin mədəni və mənəvi keyfiyyətlərini müqayisə etsinlər və görsünlər ki, Azərbaycan xalqı son otuz ildə hansı bir toplumla, hansı bir təfəkkürün daşıyıcıları ilə üz-üzədir. Bizim belə bir barbar təfəkkürə malik bir toplumla sülh və barış istəyimiz nə qədər böyük fədakarlıq tələb edir. 

Əlbəttə, ermənilər nə etdilərsə özlərinə etdilər. Hərbi əsirimizə qarşı törətdikləri fiziki zorakılıq və qeyri-insani rəftardan sonra belə bir rəzilliyə əl atmaları, təminat vermələrinə baxmayaraq beynəlxalq yarışın qaydalarını və idman prinsiplərini kobud şəkildə pozmaları Ermənistanın özü üçün çox böyük biabırçılıqdı və bundan sonra bu ölkə  Azərbaycanın və dünya ictimaiyyətinin qınağından qurtula bilməyəcək.

Belə vəziyyətdə Gənclər və İdman nazirliyinin İrəvanda keçirilən yarışdan imtina etməsi və idmançılarımızın geri qayıtması haqqında verdiyi qərarı doğru hesab edirəm.

Bundan sonra idman ictimaiyyətinin və idman diplomatasiyasının qarşısında duran vəzifələrdən biri də beynəlxlaq yarışlara ev sahibliyə etmək hüququndan Ermənistanı məhrum etmək və heç bir dəyərə və prinsipə əməl etməyi bacarmayan bu ölkəyə qarşı beynəlxalq sanskiyaların tətbiq edilməsinə nail olmaqdan ibarət olacaqdır".
 Millət