“İranda milli valyutanın kəskin dəyərini itirməsi ilə bağlı başlanan etiraz dalğası getdikcə genişlənməkdə və siyasi çalarlar almaqdadır. Rejim etirazları yatırmaqda çətinlik çəkir və alayır ki, sərt müdaxilə əks effekt verər. Proseslər tam nəzarətdən çıxar”.
Bunları Planetinfo.az-a politoloq Əli Orucov deyib. O bildirib ki, indki etirazları rejim üçün təhlükəli edən aparıcı qüvvənin tacirlərin olmasıdır:
“İranda tacirlər ictimai-siyasi məsələlərə ciddi təsir edən təbəqədir və onlara qarşı aşırı zorakılıq böyük risk olardı. Digər tərəfdən hakimiyyət xarici təhdidləri də nəzərə alır. Xüsusən də ABŞ və İsrailin baş verə biləcək ixtişaşlardan və qarşıdurmalardan istifadə edə biləcəyindən çəkinlir. Odur ki, hətta radikallığı ilə seçilən mühafizəkarlar heç vaxt olmadığı kimi etirazlara ehtiyatla yanaşırlar. Məcburən həssaslıq sərginəndiyini görürük”.
Əli Orucov qeyd edib ki, Prezident Pezeşkian ilk dəfə olaraq etirazlarda xarici düşmən qüvvələri deyil, hökuməti günahlandırdı və narazı insanları eşitməyin, dinləməyin vacibliyini dilə gətirdi:
“İranın Ali Dini Lideri Xamnei də daha sərt ritorikadan çəkindi. İranın mühafizəkar dini kəsimi əvvəlki təsirini və möveqiyini itirməkdədir. İqtisadi çöküş teokratik çöküşə doğru aparsa da, tezliklə bunun baş verəcəyini düşünmürəm. Devrilmiş Pəhləvilərin dövriyyəyə buraxılması əslində rejim dəyişikliklərinə deyil, onu qorxutmağa hesablanıb. Şah dönəmi artıq qapadılıb və onun zühuru mümkün deyil. Əgər Birləşmiş Ştatların məqsədi Xomneyini aradan götürmək olsaydı bunu edərdi. Trampın da dediyi kimi planlarında elə bir şey olmayıb”.