AMİP Qurultaya gedir

Azərbaycan Milli İstiqlal Partiyası Ali Məclisinin iclası keçirilib. İclasda keçən dövr ərzində qəbul olunmuş qərarların icrası və Partiyanın fəaliyyəti, görülən işlər və qarşıdakı vəzifələrlər bağlı məlumatlar verilib və müzakirələr aparılıb.
AMİP XIII Qurultayının çağırılması və rayon (şəhər) təşkilatlarında hesabat seçki konfranslarının keçrilməsi ilə bağlı qərar qəbul olunub. Konfransların keçirilməsi və Qurultaya nümayəndəlik norması ilə bağlı təlimatlar müzakirə olunaraq qəbul olunub.