Almaniya kansleri Fridrix Merts “Pinar Atalay” verilişinə müsahibəsində Rusiyanı Avropa üçün əsas təhlükə adlandırıb.
Musavat.com-un xəbərinə görə, o bildirib ki, Moskvanın fəaliyyəti yalnız Ukraynaya qarşı deyil, bütövlükdə regionun siyasi sabitliyinə yönəlib.
Merts vurğulayıb:
“Rusiya, ən azı, ciddi bir rəqib və siyasi nizamımızın düşmənidir. Kreml müasir Avropa dəyərlərini, hüquqi və demokratik sistemi hədəfə alıb”.
Alman kansleri hesab edir ki, Avropa bu təhdidə qarşı vahid mövqe sərgiləməli, müdafiə potensialını və siyasi birliyini gücləndirməlidir. Onun fikrincə, Ukraynaya dəstək sadəcə yardım deyil, həm də Avropanın öz təhlükəsizliyinə yatırılmış sərmayədir.