London İkinci Dünya Müharibəsindən bəri ən böyük müdafiə zavodunu açacaq

Britaniyanın müdafiə texnologiyaları üzrə startapı "Isembard" Londonda İkinci Dünya Müharibəsindən bəri ən böyük müdafiə istehsal müəssisəsini açacaq.

 

Millet.az “Financial Times"-a istinadən xəbər verir ki, Sautvark rayonunda yerləşəcək zavod və şirkətin qərargahı təxminən 160 min kvadratmetr ərazini əhatə edəcək.

Bildirilib ki, müəssisədə dron, raket, robot, sualtı qayıq və reaktiv mühərriklər üçün komponentlər istehsal olunacaq. Məhsulların ABŞ-ın "Anduril" və Britaniyanın "Babcock International" şirkətlərinə, həmçinin Böyük Britaniya hökumətinə tədarük edilməsi planlaşdırılır.

2024-cü ildə yaradılan Isembardın bazar dəyəri təxminən 500 milyon dollar qiymətləndirilir. Şirkət bu yaxınlarda 50 milyon dollardan çox investisiya cəlb edib və ilin sonunadək işçi sayını 200 nəfərə çatdırmağı planlaşdırır.