Prezidentin belə bir qərar qəbul etməsi və sərəncam imzalaması...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabrın 7-də imzaladığı sərəncama əsasən 2024-cü il, fevral ayının 7-də ölkədə növbədənkənar prezident seçkiləri keçiriləcək. Dövlət başçısının məlum sərəncamını şərh edən siyasilər buna müxtəlif prizmalardan yanaşırlar.

Siyasi ekspert Çingiz Şahbazi isə hesab edir ki, prezidentin bu qərarı qəbul etməsinin səbəbi dünyada və regionda cərəyan edən siyasi proseslərdən qaynaqlanır. Onun sözlərinə görə, bu bölgədə hər an ola biləcək və qarşıda ehtimal edilən ciddi siyasi dəyişikliklərdən qaynaqlanan təsirləri dəf etmək üçün hesablanmış siyasi addımdır:

"Prezidentin belə bir qərar qəbul etməsi və sərəncam imzalaması bir çox siyasi dairələrin marağını cəlb edib və bu addımın nədən qaynaqlandığı ilə bağlı müxtəlif fikirlər artıq söylənməkdədir. Hesab edirəm ki, keçirilməsi nəzərdə tutulan Prezident seçkilərinin ardınca seçki Məcəlləsində dəyişiklik olunması lazımdır və bunun həyata keçirilməsi üçün referendum keçiriləcəkdir və 2024-cü ilin sonlarında ölkə parlamentinə mojaritar qayda ilə paralel olaraq həmçinin, proporsional seçki sistemi də yenidən bərpa olunacaqdır və yeni Parlament yeni seçki sistemi ilə qurulacaq".

Çingiz Şahbazi, "Yəni qarşıdan gələn il, ölkəmiz üçün dəyişikliklərə doğru aparan il kimi qeyd etmək olar və secki ili olaraq reformaların keçirilməsi istiqamətində ciddi addımların atılacağını düşünürəm. Bu xüsusilə də siyasi baxımdan özünü göstərməlidir",-deyə bildirib.

Millət