"Biz bunu təxmin etmişdik"

Millet.az "Sputnik"ə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova dünən Ermənistan-Azərbaycan sərhədində baş vermiş insidenti şərh edərkən deyib.

"Rusiya tərəfi artıq öz təhlilini bölüşüb ki, regionda köhnə məsələnin həlli ilə heç vaxt məşğul olmayan digər struktur və aktorların, Avropa İttifaqı missiyasının interpolyasiyası nəticə verməyəcək. Bunu təxmin etmişdik. Biz bunun kəskinləşməyə, sabitliyin pozulmasına gətirib çıxaracağını və sülh yolu ilə nizamlanmaya nail olmaqdan uzaqlaşdıracağına dair gördüklərimizi demişdik. İndi biz stabilliyin aradan qalxmasının fərqli işartılarını kədər və təəssüflə izləməkdəyik", - XİN rəsmisi bildirib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Cavab tədbirləri nəticəsində Ermənistan ordusunun 4 hərbçisi məhv edilib, 6-sı yaralanıb. Təxribatın qarşısını alarkən Azərbaycan ordusunun 3 hərbçisi şəhid olub.

Millət