İki milyard nəfərlik müharibə başlayır?

Əziz Əlibəyli

Ucalan Çin qlobal gücünə qarşı təcili olaraq atılan ən önəmli addım Hindistan kartı olmalı idi.
Hazırda Həm ABŞ-ın, həm də Modinin Hindistanın Çindən necə çəkinməsinə dair faktları Trumpun son zamanlar Çinə qarşı elan etdiyi ticarət savaşından  da görə bilərik.
Keçmişdə ABŞ- Hindistan müttəfiqliyi mümkün deyildi. Soyuq müharibənin gedişində kommunist Çin ilə Pakistan ABŞ-ın əsas müttəfiqi idi.
Hazprda Pakistanın əlində Çinlə birlikdə istehsal etdiyi  JF-17 ilə yanaşı F16-lar, Hindistanın əlində isə Fransadan əldə etdiyi Rafale qırıcıları var.
İndilik Hindistanda belə bir fikir var ki, müharibənin baş verməsində əsas maraqlı tərəf Çindir, ona görə də onun cəzalandırılmasından başlamaq lazımdır(necə olacaqsa)))
Hər ölkə strateji silahlara (raketlər) hardasa bərabər sayda malikdir. 
Göründüyü qədər Pakistan Zəka, Strategiya və qlobal dəstək prizmasından çox da zəif görünmür.
Digər bir problem maliyyə ilə bağlıdıır;
Pakistanın xarici valyuta ehtiyatları 15 milyar dollar, Hindistanın isə 686 milyard dollara bərabərdir.
Yəni sabaşın xərci 1 gündə 700, həftədə 4 mlrd, ayda isə 15 mlrd qədər çıxmaqla müharibənin reallıqda 10 gündən artıq sürməyəcəyi görünür.
NATO-Rusiya (Ukrayna)
 ABŞ-İran (İsrail)
 ABŞ-Çin (Tayvan)
 indi Pakistan-Hindistan?
 Demək olar ki, geosiyasət oyunu oynayan biri başqa bir dünya müharibəsini də törətməyə çalışır.
Nə ABŞ, nə də Rusiya Hindistana tam etibar etməyib.  Rusiya Soyuq Müharibə dövründə 1971-ci il müharibəsinə yardım edən əsas müttəfiq olub, lakin onun Çinlə son əlaqələri narahatlıq doğurur.  ABŞ 2000-ci illərdən bəri texnologiya və müdafiə ilə əlaqələri gücləndirir, lakin keçmiş Pakistan dəstəyi və sanksiyaları şübhələr yaradır.  Fransa və İsrail daha etibarlıdır: Fransa 1998-ci ildən sonra Hindistanın nüvə sınaqlarına sanksiya qoymadı və İsrail əsas müdafiə tərəfdaşıdır. 
 Hindistan bu əlaqələri strateji baxımdan balanslaşdırır.
Hindistanın müharibəyə başlaması ən vacib müttəfiqi İsrail üçün də ciddi problemlər doğurur.
Flayt radar göstərir ki, Türkiyədən Pakistana hərbi təyinatlı yüklər artıb.
Maraqlı bir müşahidə də var:
JD Vancenin Vatikana səfəri ilə Papanın ölümü, Hindistana gedişi ilə Pakistanıa savaç çıxması çox qəribədir.
Bu arada, Kəşmir bölgəsinin 1 hissəsi də Çinə düşür. Yəni bölgədə avtomatik üç nəgəng aktor var.
Əfqanıstanda isə ABŞ hərbi bazası.
Hindistanın digər tərəfində isə Banqladeş də Pakistanla müttəfiqdir və Hindistana qarşı çıxış edir.
Bu arada silahlar və ordu təchizatı göstərir ki, nəhəng hind hərbi qruplarına qarşı Pakistan Ukrayna (şəhər savaşları) təcrübəsi tətbiq etməyə hazırlaşır.