"İtaliya Baş naziri Giorgia Meloni Bakıya səfər etdi. Səfər adi protokol xarakterli görüşdən daha çox, bir neçə strateji xəttin kəsişdiyi hadisəyə daha çox nisbət edir. Azərbaycan və İtaliya arasında münasibətlərin əsas sütünü, bilirsiniz ki enerjidir. Azərbaycan qazı Avropaya Trans Adriatik Boru Kəməri vasitəsilə çatdırılır və İtaliya bu qazın ən böyük alıcılarından biridir.İtaliya hökumət başçısı Meloninin Bakıya səfəri məhz bu səbəbdən Avropanın Rusiya enerjisindən asılılığı azaltmaq siyasəti çərçivəsində, həyata keçirilən geosiyasətinə uyğun addım olaraq qiymətləndirmək olar." Bu fikirləri siyasi şərhçi Çingiz Şahbazi bildirib.
Ç.Şahbazi daha sonra deyib: " Bu kimi səfərlər əlbətdə ki, Azərbaycanın Avropa üçün etibarlı enerji tərəfdaşı rolunu gücləndirir və qaz həcmlərinin artırılması və uzunmüddətli müqavilələrin müzakirəsini gündəmə gətirir. Həmçinin bu görüşlərdə enerji sahəsindən başqa digər sahələr də ön plana çəkilir. Sənaye və texnologiya sahəsi , yaşıl enerji və nəqliyyat və logistika sahələri üzrə İtaliya şirkətləri artıq Azərbaycanda aktiv fəaliyyət göstərirlər. Baş nazirin səfəri bu istiqamətdə onların sayını və investisiyaların həcmini artıra bilər. Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz regionu Avropa və Asiya arasında əvəzsiz birləşdirici rol oynayır və Orta Dəhliz Avropa ölkələrinin, o cümlədən İtaliya iqtisadiyyatının bu marşruta marağını artırır. Bu baxımdan Avropa ölkələri liderlərinin Azərbaycana səfərləri səbəbsiz olmadığı qədər, Azərbaycanın tranzit ölkə rolunu da gücləndirir. Logistika və infrastruktur layihələrinə yeni sərmayə qoyuluşu cəlb edir. Səfərin həmçinin simvolik tərəfləri də var. Aİ daxilində Azərbaycanın əhəmiyyətinin artdığını göstərir və Aİ və Bakı arasında dialoqun inkişafına təkan verir. Avropa liderlərinin səfərləri, xüsusilə də İtaliya Baş naziri Meloninin Bakıya səfəri regionda daha fəal rol oynamaq niyyətini nümayiş etdirir. Bu baxımdan səfərin əhəmiyyəti həmçinin siyasi dialoqun daha institusional formaya keçməsinə kömək edəcək. Belə olan halda demək olar ki, Meloninin Bakıya məhz indiki vaxtda səfər etməsi ,sadəcə diplomatik jest olaraq hesab edilməməlidir, bu həmçinin Avropanın enerji təhlükəsizliyi çərçivəsində Azərbaycanın strateji mövqeyi və iqtisadi əməkdaşlığın genişləndirilməsi fonunda qarşılıqlı maraqların üst-üstə düşdüyünü göstərir."
Millət