İran hadisələri haqqında

Nazir Əhmədli


Minlərlə insanın ölümünə, dağıntılara səbəb olan hadisələrin hərəkətverici qüvvələri kimlərdir?
1.İsrailin və ABŞ-ın İranda çevrilişi həyata keçeirmək üçün hazırladığı, təlim verdiyi, silah və pulla təchiz etdiyi, informasiya dəstəyi verdiyi casus şəbəkəsi.
2.Kürd dövləti yaratmağa söz verməklə oyuna çəkdikləri, silah və pulla, informasiya dəstəyi ilə təmin etdikləri kürd terrorçuları.
3.İqtisadi vəziyyətin pisləşməsindən haqlı olaraq narazı olan xalq kütlələri.
Üçüncülərlə işimiz yoxdur və onların dinc nümayişlər kiçirməyə, etiraz etməyə, hətta hakimiyyəti istefaya çağırmağa tamamilə haqqı var.
İran əhalisinin ölkədəki dini klerikal rejimi dəyişdirmək arzusu da tamamilə normaldır.
İğtişaşların lap əvvəlindən Trampın onları qızışdırdığını, onlara müdaxilə ediləcəyi halda İrana qoşun göndərəcəyini vəd etməklə odun üstünə benzin tökdüyünü görməmək üçün kor və dəli olmaq lazımdır.
ABŞ və İsrail İran xalqını doğrudanmı sevir və onu "mollakratiya"dan "xilas etmək" istəyir? Əgər belədirsə, niyə parlamenti-filanı olmayan dini rejimli Səudiyyə Ərəbistanı əhalisini xilas etmək istəmirlər? Əksinə, ona 100 milyardlarla silah satırlar.
Deməli, bunun başqa səbəbi var. O da budur. 
İsrail bölgədəki dövlətləri zəiflətmək, Kürdüstan dövləti qurmaqla özünə təbii müttəfiq yaratmaq və böyük planını-Böyük İsrail dövlətini yaratmaq istəyir. Planın 1-ci mərhələsi artıq həyata keçirilib və İraqda Kürdüstan muxtariyyəti yaradılıb. Qalır Türkiyə, İran və Suriya. 
Türkiyə PKK terrorunu bitirməklə məsələni öz xeyrinə həll etmiş kimi görünür. Amma onu Yunanıstanla qarşı-qarşıya gətirmək cəhdlərinə görə açıq-aydın görünür ki, İsrail Türkiyə haqqındakı çirkin niyyətlərindən asanlıqla əl çəkmək fikrində deyil.
Suriyada kürd separatçılarını silahla, pulla, informasiya dəstəyi ilə təmin edən ABŞ və İsralin qarşısında Ərdoğan var və ümid edirəm ki, duruş gətirə biləcək.
Qalır İran. Bu hadisələr də həmin məqsədin həyata keçirilməsini sübut edən əlamətlərdir. ABŞ və İsrail İranı işğal etmək və parçalamaqla nəinki onu atom silahı yaratmaqdan məhrum etmək, həm də əldə etdiyi digər qabaqcıl texnologiyalarda, məsələn hipersonuk ballistik raketlərdən məhrum etmək istəyir. Məhz bu silaha malik olduğuna görə 12 günlük müharibədə İsrail İrana qalib gələ bilmədi. Dünyanın yalnız 4 ölkəsi-ABŞ, Çin, Rusiya və İranın bu cür silahı var, yəqin ki, yaxın vaxtlarda Türkiyə də onu əldə edəcək.
Beləliklə, ABŞ və İsrailin dərdi İranda insan hüquqları, demokratiya-filan deyil, İranı parçalayıb öz niyyətlərini həyata keçirməkdir və buna görə də İran dövlətinin özünü qorumaq kimi tamamilə haqlı hüququ var.
Bu arada həlak olanlara yəzığım gəlir. Rus demişkən, onlar "çujoy paxmel" getdi.
Son olaraq təkrar edirəm ki, İran vətəndaşlarının maddi vəziyyətlərini yaxşılaşdırmaq, konstitusiyanı və siyasi rejimi dəyişmək arzuları və mitinnqləri qanunidir. Amma bu hüququndan dinc şəkildə istifadə etməli və düşmənlərinin əlində alətə çevrilməməlidirlər.