Şriftin ölçüsü / 626

AMİP-in müvəqqəti Mərkəzi Qərargahı daima fəaliyyətdə olub

13 May 2020 [14:48]
Azərbaycanda koronavirusla əlaqədar ay yarımdır ki, karantin rejimi hökm sürür. Bu müddət ərzində müxalifətin iclaslarını necə keçirdiyi, partiyalara üzvlük üçün müraciətlərin olub-olmadığı, olubsa, bunun nə cür həyata keçirildiyi ilə maraqlandıq.

AMİP-in sədr əvəzi Arzuxan Əlizadə üzvlük üçün müraciətlərin olduğunu qeyd etdi: ""Covid-19” pandemiyası və bununla əlaqədar tətbiq olunmuş karantin rejimi ilə əlaqədar olaraq canlı təmasları minimuma endirərək, partiya fəaliyyətimizi daha çox onlayn rejimdə davam etdirməyə üstünlük vermişik. Geniş anlamda onlayn iclaslar keçirməsək də, partiyanın rəhbər seçkili qurumlarında təmsil olunan şəxslərlə, eləcə də rayon təşkilat sədrlərimizlə müxtəlif məsələlərlə bağlı müzakirə və məsləhətləşmələrimizi də daimi olaraq bu qaydada həyata keçirməkdəyik. Təəssüf ki, partiyaların rəhbərliyində təmsil olunan şəxslərə karantin rejimi ərzində icazəli sərbəst hərəkət imkanı verilməsi ilə bağlı təkliflər səslənsə də, bu məsələ öz həllini tapmadı. Buna baxmayaraq deyim ki, AMİP-in müvəqqəti Mərkəzi Qərargahı daima fəaliyyətdə olub, növbəlilik əsasında da olsa mütəmadi fəaliyyət göstərilib və qərargahın qapıları bir saat belə bağlı qalmayıb. Təbii ki, bütün təmaslar da hər zamankı kimi mərkəzi qərargahdan koordinasiya olunub. Bu dövr ərzində partiyaya qəbulla bağlı az olsa da müraciətlər olub. Nizamnaməyə əsasən partiyaya qəbul rayon təşkilatları tərəfindən həyata keçirilir. Bununla bağlı yerlərdən məlumatlar almışıq və üzvlüyə yeni qəbul olunmuş şəxslərin sənədləri karantin rejimi bitdikdən sonra Mərkəzi Aparata təqdim olunacaq”."Yeni Müsavat”


Millət




Digər Xəbərlər