Şriftin ölçüsü / 707

Polyaniçko Culfaya hikkəli gəlmişdi...

12 May 2020 [14:57]
Viktor Petroviç Polyaniçko Culfaya hikkəli gəlmişdi. Onunla gőrűşűműz barədə Naxçıvanın bőyűk ziyalılarından olmuş, gőrkəmli tarixçi Əli Əliyev "Əlincə yaddaşı” adlı kitabında yer ayırıb.O, həmin Əli műəllimdir ki, őtən əsrin 60-cı illərində ermənilərin qulagı kəsik Andronikə heykəl ucaltmaq təşəbbűşűnə etiraz etmiş və buna qarşı ardıcıl műbarizə aparmışdı. Əli műəllimin və oglu Arif Əliyevin tələbəsi oldugumla həmişə qűrur duymuşam.Hər ikisi vətənpərvər, həyatlarını təmiz adla yaşamış elm xadimləri idilər. Ruhları şad olsun !

V.Polyaniçko kommunist rəhbərdən daha çox mafiya babasını xatırladırdı. 1985-88-ci illərdə Əfqnıstanda xidmət etmiş, həmin őlkənin rəhbərləri olmuş Bəbrək Kərmal və Nəcibullanın məsləhətçisi kimi çalışmışdı. Nədənsə onu "kontuziya”lı biri kimi xatırlayıram. İlk andan hikkəsini ortaya qoyduqda, etiraz edib:

"Viktor Petroviç, siz, mənim űçűn bir rus canişinisiniz, sizin Culfaya belə hikkəli gəlişinizi qəbul etmirəm” – dedim…

Etibar bəyə ləzzət eləmişdi, gűlűmsəyib, gőz basmasıyla anladım ki, belə davam etməyimi istəyir…
Polyaniçkonu xeyli rəhbər işçi də műşaiyət edirdi. O zamanın Baş Prokuroru İlyas İsmayılov, Daxili İşlər nazirinin birinci műavini Viktor Pavloviç Barannikov və Azərbaycan Dəmiryol İdarəsinin rəhbərliyi də Culfaya gəlmişdilər. Bu azmış kimi Ermənistan KPMK-nın ikinci katibi Oleq Lobov da təşrif buyurmuşdu. Xatırladım ki, Polyaniçko qısa műddətdə bir neçə dəfə
Culfaya səfər etmiş, hər dəfə qarşısına o qədər tələblər qoyulmuşdu ki, çıxılmaz duruma dűşműşdű. Hiss olunurdu ki, Azərbaycan rəhbərliyində Əbdűrəhman Vəzirovdan daha çox Polyaniçkodan ehtiyat edilir. Tələbimizin biri o idi ki, nədən ermənilər gőzűműzűn qarşısında Moskva-Tehran qatarıyla bu taydan otaya rahatca səfər edir, bizlər isə, sərhədə yaxınlaşmaq hűququndan məhrum edilmişik. Əməlli-başlı rus ayısını xatırladan Polyaniçko tez əlini telefona atıb, Moskvayla əlaqəyə girir və problemin tezliklə həll ediləcəyini vəd edirdi. Və yaxud, Culfada stadion olmadıgını őnə çəkdiyimizdə, tez bir zamanda tikintinin başlanmasına şahid olduq…

… Culfa dəmiryol vaqzalında yenə qələbəlik idi. Bőyűk insan kűtləsi Polyaniçko və heyətini műhasirəyə almışdı. O.Lobov műbahisələrə qarışmır, sakitcə baş verənləri seyr edir, arada sir-sifətini turşudurdu. Qeyd edim ki, Polyaniçko, Lobov və Barannikov Azərbaycan və Ermənistana xűsusi missiyayla – Qarabag konfliktini həll etmək űçűn rəhbər vəzifələrə təyin edilmişdilər. Birmənalı sőyləyirəm, űçű də Ermənistanın xeyrinə çalışırdı. Təsadűfi deyildi ki, buradakı missiyalarını yerinə yetirdiklərindən sonra V.Barannikov 1991-ci ildə SSRİ Daxili İşlər naziri (o, SSRİ-nin axırıncı Daxili İşlər naziri oldu), sonradan isə, Rusiya Federasiyasını Dővlət Təhlűkəsizlik naziri vəzifəsiylə műkafatlandırıldı. O.Lobov isə Rusiya Təhlűkəsizlik Şurasının katibi vəzifəsinə layiq gőrűldű. Rus ayısı Polyaniçko da, onlardan az səlahiyyət sahibi olmadı. Bu təsadűf idimi ?! Qətiyyən !!! Belə təsadűflərə inanmagın bir adı var – diletantlıq. Axı bu şəxslər Qarabag konfliktini həll etmək űçűn gőndərilmişdilərsə, nəticədə , konflikt daha dərinləşmişdisə, onda nədən həmin űçlűk daha yűksək vəzifələrə təyinat almalıydılar ?!

Polyaniçko yorulmadan danışır, agzı kőpűklənir, Culfanın qızmar istisi də halını qarışdırırdı. Culfalıların zarafatı da bir başqa aləmdi. Polyaniçkonun "qaz”ını almagın zamanının lazım gəldiyini hiss edən fəalımız Abbas Babayev onun űzűnə baxaraq:"Viktor Petroviç, űzűnűzű silin”– dedi. Ag cins şalvar-kőynək geyinmiş Polyaniçko cibindən dəsmalını çıxarıb ətli sifətini əsəbiliklə silməyə başladı. Dəsmalı bűkűb cibinə qoymaq istədikdə Abbas műəllim ona işarəylə o biri űzűnű silməyi də təklif etdi. Rus ayısı űzųnű silib, "mən, deyəsən "koçeqar” olműşam deyərək, donquldandı…

…Axşam rəsmi danışıqlara başlandı. Polyaniçko hədə-qorxunun fayda vermədiyini gőrűb, bizlərlə masa arxasında sőhbət aparmaga qərar vermişdi. Hədsiz enerjili biriydi, danışmaqdan yorulmur, tər tőkdűyűndən suyu ard-arda içirdi. Tətil zamanı yuxusuz gecələr keçirdiyimizdən danışmaga belə halımız qalmamışdı. Yekəpərin nə danışdıgını tuta bilmirdim. Arada deyəsən bir yuxu da almışdım. Çűnki , birdən Polyaniçkonun doruldayan səsinə ayıldım. Nədənsə danışıb, axırını belə qurtarmışdı: "Tı toqda skajeş mne, Viktor, tı ne prav”. Yuxulu-yuxulu, sőhbətin nədən getdiyini bilmədən: "Viktor, tı ne prav” – cavabını verdikdə, əsəbi şəkildə ikiəlli başını şıxıb:

"Ramiz, nə edim mən, axı, bu qədər də olmaz. Mən, yuxarı rəhbərliyə, şəxsən Qorbaçova məruzə etməliyəm”– deyə, zarıldadı.
Őzűmű ələ alıb:

"Siz Qorbaçova deyin ki, Qarabag məsələsini həll etsin. Bununla, bűtűn problemlər həll olunacaq. Moskvadan gələnlər bizimlə ultimatumla danışır, Ermənistana getdikdə isə onların başlarını tumarlayıb, əzabkeş erməni xalqı adlandırırlar. Deyin Qorbaçova, biz Culfalıları őlűmlə qorxutmaq műmkűn deyil. Bildirin açıqca, bizim əsas tələbimiz Qarabag konfliktinin həll edilməsidi. Qarabag bizim torpagımızdı. Siz, necə razılaşırsınız ki, SSRİ-də ərazi dəyişikliyi iddiası ortaya qoyulsun?!”…

Sőhbətimizin bir hissəsi Culfa raykomunun binasında davam etdi. Artıq rayon rəhbəri dəyişilmiş, Ənvər Hűseynov birinci katib təyin edilmişdi. Təmkinli, vicdanlı insan kimi qalıb xatirimdə Ənvər műəllim. Gőrűşdə Etibar Məmmədov və dəyərli agsaqqalımız Mahmud əmi də iştirak edirdilər. Mahmud Rzayev həm də SSRİ-nin fəxri dəmiryolçusu adına layiq gőrűlműşdű. Polyaniçko Etibar bəydən azqala imdad diləyirdi. Etibar bəy isə daha çox dinləyir, arada atmacalarla rus ayısını əsəbləşdirsə də, Polyaniçkonun Etibar bəydən çəkindiyini açıq-aşkar hiss etmək műmkűn olurdu. Heç yadımnan çıxmaz, Polyaniçko səsinin tonunu qaldırdıqda, Etibar bəy siqaretinə dərin qullab vurub , tűstűsűnű qəsdən onun űzűnə pűfləyirdi. Deyəsən, hiss etmişdi ki, 150 kiloluq rus ayısının siqaret tűstűsűnə allergiyası var. Nəyayət, Polyaniçko dőzmədi, acizanə : "nu, xavatit da Extibar”– deyərək, mızıldandı. Etibar bəy ayaga qalxdı, gűlűmsəyək: "u menya dela, reşayte sami”- deyib, kabineti tərk etdikdə, Polyaniçko ondan yalvara-yalvara qalmagını xahış etdi…





Digər Xəbərlər