Şriftin ölçüsü / 3537

Cəzasızlıq mühiti və himayədarlıq onları daha da azığınlaşdırdı

08 May 2020 [13:32]
"İcra hakimiyyəti başçılarının rüşvətxor və korrupsioner olmaları yeni deyil. Onların əksəriyyəti uzun illərdir, eyni üsul və metodlarla işləyirlər”.

Bunu "Sherg.az”a açıqlamasında AMİP Siyasi Şurasının üzvü Əli Orucov deyib.

Partiya təmsilçisi vurğulayıb ki, təkcə icra başçıları deyil, digər məmurlar da bu və ya digər şəkildə korrupsiyaya bulaşıblar:

"Lakin indiyədək olan cəzasızlıq mühiti və himayədarlıq onları daha da azığınlaşdırdı, daha da acgöz etdi, harınladılar. Göründüyü kimi qısa müddət ərzində 5 icra başçısı həbs olundu, birinə töhmət verildi. Baxın, həbs olunan icra başçıları dövlətin adından və gücündən istifadə edərək mütəşəkkil cinayətkar dəstə yaradır. Lakin rayonların hüquq-mühafizə və məhkəmə sistemi susur, yaxud da göz yumur. İcra başçılarını həbs etməklə, kök salmış rüşvətxorluğu aradan qaldırmağın mümkün olacağını düşünmürəm. Fikrimcə, icra hakimiyyətləri haqqında əsasnaməyə ciddi dəyişikliklər edilməli, onlardan bir çox funksiyalar və vəzifələr alınıb bəziləri bələdiyyələrə verilməlidir. İcra hakimiyyəti başçıları tutduqları vəzifəyə görə, rayonun siyasi rəhbəri sayılır. Onlar siyasi rəhbər olaraq Prezidentin yerlərdə siyasi nümayəndələri olmalıdır”.

"İcra hakimiyyətləri haqqında əsasnaməyə ciddi dəyişikliklər edilməli, onlardan bir çox funksiyalar bələdiyyələrə verilməlidir”

Ə.Orucovun sözlərinə görə, rayonların inzibati-təəssürat idarəçiliyi, bələdiyyələrə verilməlidir:

"Bələdiyyələrin səlahiyyətləri artırılmaqla yanaşı, sədrlərin də xalq tərəfindən seçilməli, xalqa hesabatlılığı təmin edilməlidir. Onsuz da nə bələdiyyələr, nə də icra hakimiyyətləri mövcud qanunvericilik bazası və reallıqlarla özlərini doğrulda bilirlər. Odur ki, seçkili qurumu gücləndirmək lazımdır ki, hər ikisi işlək və effektiv vəziyyətə düşsün. Əks halda bu kimi neqativ hallar davam edəcək. Digər başçılar da "gözü çıxarılmış qardaşlarından” ibrət dərsi götürməyəcək. Bu sahədəki sistem yenilənməlidir”.


Millət




Digər Xəbərlər