Şriftin ölçüsü / 835

“Azərbaycan nümayəndə heyəti 2016-cı ildə İranda təzyiq altındamı olub?”

07 May 2020 [15:25]
"2016-cı ildə İranla Azərbaycan arasında bağlanan "Araz çayı üzərində "Xudafərin” və "Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” Saziş heç bir məntiqli arqumentlə əsaslansdırıla bilməz. Burada söhbət Azərbaycanın işğal olunmuş ərazilərində erməni separatçılarının faydalanacağı SES və körpülərin tikilməsindən gedir. Azərbaycanın milli maraqlarına cavab verməyən bu sazişin imzalanmasının arxasında qeyri-adi səbəblər dayana bilər”.

Ovqat.com xəbər verir ki, bunu AMİP Siyasi Şurasının üzvü Rəşad Bayramov detalları son zamanlar ortaya çıxan sazişi şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanın milli maraqlarına zidd olan bu sazişin imzalanmasında ağla gələn əsas səbəblərdən biri də xarici təzyiqə məruz qalma ehtimalıdır: "Həmin vaxt İranda səfərdə olan Azərbaycan nümayəndə heyəti bu ehtimala aydınlıq gətirməlidir. Əgər onlara hər hansı təzyiq olubsa, bu sənədin heç hüquqi əsası yoxdur, icrası dərhal dayandırılmalıdır”.

Qeyd edək ki, həmin saziş ölkə başçılarının tapşırığı ilə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi tərəfindən imzalayıblar.


Rəşad Bayramov




Digər Xəbərlər