Şriftin ölçüsü / 3023

İcra başçılarını həbs etməklə rüşvət və korrupsiyanın kökünü kəsmək mümkün olmayacaq

01 May 2020 [13:34]
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi təyinatlı dəstələrinin həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılan Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev bu gün Prezident İlham Əliyevin sərəncamı ilə tutduğu vəzifəsindən azad edilib.

Qeyd edək ki, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi təyinatlı dəstələrinin keçirdiyi əməliyyat zamanı icra başçısı Mahir Quliyevlə yanaşı, birinci müavin Xanlar Məmmədov, rayon bələdiyyəsinin sədri İlqar Abbasov, mərkəzi xəstəxananın baş həkimi Xoşbəxt Ağayeva, Kommunal Müəssisələr Kombinatının direktoru Xalidə Ağayeva, məşğulluq şöbəsinin rəisi Mübariz Mustafayev, şəhər icra nümayəndəsi Qabil Xammədov saxlanılıb.

Qeyd edək ki, bundan əvvəl Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev və ​Yevlaxın sabiq icra başçısı Qoca Səmədov DTX tərəfindən saxlanılaraq məsuliyyətə cəlb olunmuşdu.

"Qanunsuz əməllər törədənlər var, hamısı tutulmalıdır”.

Maraqlıdır, baş verənlərə siyasi partiya təmsilçilərinin münasibəti necədir?

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov isə bildirib ki, Azərbaycanda məmurların korrupsiya və rüşvətə bulaşması halı yeni deyil. Onun sözlərinə görə, məmurlar bu həbslərdən dərs çıxarmalıdır:

"Göründüyü, kimi icra başçılarının korrupsiya və rüşvətə görə həbsi digərlərinə "dərs" olmur. Bəziləri başçı olduqları rayonda özlərini çox sərbəst və ağa kimi aparırlar. Məncə, icra başçılarını həbs etməklə rüşvət və korrupsiyanın kökünü kəsmək, yaxud da azaltmaq mümkün olmayacaq. İcra hakimiyyəti institutu özünü doğrultmadığından ləğv olunmalı, səlahiyyətlərinin böyük qismi bələdiyyələrə verməlidir. Biz dəfələrlə demişik ki, yerli özünüidarə institutlarının səlahiyyətləri artırılmalı və formalaşdırılmasına yenidən baxılmalıdır. Bələdiyyə şuralarını və bələdiyyə sədrlərini xalq, daha doğrusu yeli seçicilər özləri seçməlidir. Rayonların səhiyyəsinin, təhsilin, sosial və digər məhəlli problemlərinin idarəçiliyi bələdiyyələrə verilməlidir. Bunlar olmadan hansısa başçını həbs etmək, hansısa məmuru cəazalandırmaqla problemlərin həll ediləcəyinə inanmıram”.

Vilayət Muxtar
Cebhe.info





Digər Xəbərlər