Şriftin ölçüsü / 4414

AMİP “Ana fəryadı” abidəsini ziyarət edəcək

21 Fevral 2020 [15:17]

26 fevralda ötən əsrin ən dəhşətli hadisələrindən sayılan Xocalı soyqırımının 28-ci ildöünümü olacaq. Bu qətliam 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə Ermənistan silahlı birləşmələri və Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə törədilib.

Hər il olduğu kimi, bu il də soyqırım qurbanlarının xatirəsinə Bakıda "Xətai” metro stansiyası yaxınlığında ucaldılan "Ana harayı” abidəsinə ziyarətlər təşkil olunacaq.

AMİP Siyasi Şura üzvü Əli Orucov böyük ehtimalla partiyanın tək "Ana abidəsi”ni ziyarət edəcəyini bildirdi: "AMİP Xocalı soyqırımı abidəsini hər il ziyarət edir. Bu il də partiyanın fəalları ilə Xocalı qurbanlarını yad edəcək. Amma bu il hansı formatda ziyarət ediləcək, geniş müzakirə edilməyib. Çox ehtimal ki, partiya olaraq tək ziyarət edəcəyik”."Yeni Müsavat”






Digər Xəbərlər