Şriftin ölçüsü / 1009

“Texnikabank”ın sabiq rəhbəri Etibar Əliyevin adı yeni qalmaqalda hallanır

09 Dekabr 2019 [20:05]
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs həyatı yaşamış "Texnikabank”ın sabiq rəhbəri Etibar Əliyevin adı yeni qalmaqalda hallanır.

Bu barədə Gununsesi.org-a daxil olan məlumatda bildirilir ki, Etibar Əliyev azadlığa çıxdıqdan sonra yenidən aktiv biznes fəaliyyəti ilə məşğul olub.

Xüsusilə, balıqçılıq və dərman biznesinə girən iş adamı son illər ərzində böyük maliyyə vəsaitləri əldə edə bilib. Ancaq onun bu işdə uğurlarına dəstək olan bəzi şəriklərinə qarşı ədalətsizlikləri də üzə çıxıb.

Məlumatlara görə, hazırda ortaqları ilə ciddi çəkişmə yaşayan E.Əliyev onların haqqını verməmək üçün müxtəlif üsullara əl atıb.

Bununla bağlı materialı araşdırdıqdan sonra oxucuların diqqətinə çatdıracağıq. /Gununsesi.org/


Millət