Şriftin ölçüsü / 397

Dövlət Vurğun Əyyuba sahib çıxmalıdır- MƏŞHUR VƏKİLLƏR YAZIR

23 Sentyabr 2019 [18:41]
Azərbaycan təhslində test sisteminin yaradıcı kimi tarixə düşən görkəmli ziyalı Vurğun Əyyubun həyatı təhlükə yaşaması hər kəsi məyus edib.

Gununsesi.org xəbər verir ki, tanınmış vəkillər də sosial şəbəkədə Vurğun Əyyub üçün üzüldüklərini qeyd edərək, ona şəfa diləyib.

Vəkil Bəhruz Bayramov yazır:


"Eşitdiyim xəbər mənu çox sarsıtdı!

Vurğun Əyyub komaya düşüb! Bu şəxsin Azərbaycan müstəqilliyinə verdiyi töhvə əvəzsizdir, tükənməzdir və əbədidir! Kaş möcüzə olaydı, hərçəndki, bunun baş verməsinə inanmıram! Kaş o möcüzə olaydı. Yüz minlərlə təhsil alan, kimsəsiz imkansız olan tələbələr sizlərə borcludur!

İnanmaq istəyirəm ki, ölkə rəhbərliyi sizin taleyinizə biganə qalmayacaq.
Bu millət sizlərin etdiyinizi unutmayacaq hörmətli, Əziz Vurğun Əyyub!

P.S 1992-ci ildə rəhmətlik Əbülfəz Elçibəy qəzetlərin birində təhsil haqqında müsahibə vermişdir. Deyirdi ki, "DİN”i qardaşı qızı (atası rəhmətə gedib) universtetə daxil ola bilməyib, amma Vaqif Hüseynovun (keçmiş KQB-nin sədri, onda həbsdə idi) qızı daxil olub”.
Budur Vurğun Əyyubun dəyəri!”

Digər vəkil Ceyhun Yusifov isə onu arzularının yolundakı "İşıqlı adam” kimi tərənnüm edib:

Böyük arzularım yolunda işıq olan adam, Müasir Azərbaycan tarixinin müstəsna şəxsiyyətlərindən birinə duadan başqa əlimdən bir şey gəlmir!

Böyük Tanrım! Vurğun Əyyub minlərlə insana verdiyi sevincə bağışla…İnanıram ki, Dövlətim dəyərli Aydınımıza sahib durub, onun xarici ölkələrinin birində müalicəsini təmin edəcək. Bir daha minlərlə gəncin talehində mühüm rolu olan Ziyalımıza dövlət dəstəyinin gecikmədən edilməsi zəruridi.

İnanram ki, hər zaman dəyərli aydınlarmızın ümüd yeri olan cənab Preziden İlham Əliyev Vurğun Əyyubunda yüksək səviyədə müalicəsinə göstəriş verərək onu bizlərə qaytaracaq


Millət