AMİP Lideri E.Məmmədov Hacıəmi Atakişiyevin vəfatı ilə bağlı başsağlığı verdi
17 Iyul 2019 [17:07]
Görkəmli ziyalı, ictimai-siyasi
xadim, istedadlı memar, Azərbaycan Reklamçılar İttifaqının sədri Hacıəmi
Atakişyevin ölüm xəbəri məni dərindən kədərləndirdi. H.Atakişiyev AMİP-in qurucularından biri kimi ölkədə
çoxpartiyalı sistemin formalaşamasında və inkişafında misilsiz xidmətlər göstərib.
O, uzun müddət partiyanın Siyasi Şurasında təmsil olunub. H.Atakişiyevin səmimi
dost, əqidəsinə sadiq AMİP-çi və xeyirxah bir insan kimi xatirəsi dostlarının və silahdaşlarının qəlbində daim
yaşayacaqdır.
Mən
Hacıəmi Atakişiyevin vəfatından bir daha dərindən kədərləndiyimi bildirir, məhrumun
ailəsinə dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin.