Şriftin ölçüsü / 150

Birləşmiş Ştatlardakı bir sıra cinayətkar qruplar içərisində ermənilər öndə gedir

09 Iyul 2019 [13:26]
Məlum olduğu kimi, Ermənistan Baş naziri Nikol Paşinyan Müstəqillik Günü münasibətilə Birləşmiş Ştatlar Prezidenti Donald Trampa təbrik məktubu göndərib.

Məktubda Paşinyan ABŞ-ın ünvanına müəyyən təriflər səsləndirməklə yanaşı, erməni icmasının guya ABŞ-ın inkişafında rol oynadığını qeyd edib: "Amerika Birləşmiş Ştatlarının müstəqilliyinin elan edilməsi dünya tarixinin gələcək gedişinə böyük təsir göstərib, azadlıq və demokratiya istəyən bir çox xalqlar üçün ilham mənbəyidir. Amerika dövlətinin erməni icmasının ABŞ-ın inkişafı və rifahına xüsusi töhfə verdiyindən və iki ölkəni birləşdirən mühüm bir körpü olmağından qürur duyuruq”.

Erməni icmasının ABŞ-ın inkişafına töhfə verməsi barədə danışmaq gülüncdür. Ona görə ki, bu icma Birləşmiş Ştatların inkişafına töhfə yox, problemlər gətirib. Oradaki ermənilər terror və mafiya fəaliyyəti ilə daha çox ad çıxarıblar. ABŞ-dakı bir sıra qanunsuz işlərdə ermənilər daha fəaldırlar. ABŞ-ın Los-Anceles şəhərinin polisi 9 ermənini bank fırıldağına görə həbs edib. Erməni fırıldaqçılar "Bank of America"da 1,5 milyon dollardan çox pulu mənimsəmək üçün 331 erməni pasportundan istifadə ediblər. Doqquz fırıldaqçının hər biri bank fırıldaqları məqsədilə cinayət işbirliyində ittiham edilir. Onları 30 il həbsxana cəzası gözləyir. Onu da qeyd edək ki, bu, ermənilərin ABŞ-da ilk fırıldaqçı cinayəti deyil. Çoxsaylı belə fakt göstərmək olar. Çünki son illər ərzində ermənilərin dünya miqyasında, o cümlədən, ABŞ-da ən qatı cinayətkar qruplar yaratması adi hal alıb. Belə olan halda, Paşinyanın erməni icmasının ABŞ-a verdiyi "töhfələrdən” danışması sadəcə gülüncdür.

Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, deyilənlər Paşinyanın uydurmalarıdır: "Məsələ ondadır ki, ABŞ-da 1 milyonadək erməni yaşasa da, bu o demək deyil ki, onlar yaxşı reputasiyaya malikdirlər. Düzdür, ABŞ-da mütəşəkkil erməni lobbisi mövcuddur. Ancaq erməni lobbisinin ABŞ-da güclənməsi əsasən 20-ci əsrə təsadüf edir. Bu o demək deyil ki, 300 illik müstəqillik tarixi olan ABŞ-ın inkişafına ermənilər töhfə verib. Ermənilər daha çox Kaliforniya ştatında təsir imkanlarına malikdirlər. Ancaq o da heç kəsə sirr deyil ki, ABŞ-dakı ermənilər terror fəaliyyəti ilə məşğul olublar. ABŞ-da bir sıra cinayətkar qruplar içərisində ermənilər öndə gedirlər. Dəfələrlə ABŞ vətəndaşları onların törətdiyi cinayətlərin qurbanı olublar. Erməni əsilli ABŞ vətəndaşları Yaxın Şərqdə terror fəaliyyəti ilə məşğul olurlar. Elə Kaliforniya ştatında doğulan Monte Melkonyan türklərə qarşı törədilən bir sıra terror aktlarında fəal iştirak edib. Daha sonra həmin terrorçu Dağlıq Qarabağda terror fəaliyyəti ilə məşğul olub. O, 1993-cü ilin iyununda Ağdam rayonunda Azərbaycan Ordusu tərəfindən məhv edilib. Paşinyan bunlarımı ABŞ-a töhfə hesab edir? Bax, budur reallıq” /Bakı Xəbər/


millet