Şriftin ölçüsü / 585

AXH-çilər xarici diplomatla görüşdülər

11 Fevral 2019 [17:54]
Azərbaycan Xalq Hərəkatın (AXH) İdarə Heyətinin üzvləri Fuad Əliyev və Elşad Musayev Avropa İttifaqının Azərbaycandakı səfiri Kestutis Yankauskas ilə görüşüblər.

Görüşdə Azərbaycanda ictimai-siyasi vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.

F.Əliyev və E.Musayev AXH-nin yaranması və məqsədləri haqqında, həmçinin insan haqları, siyasi məhbuslar, müxalif fikirli vətəndaşlara təzyiglər, AXH üzvlərinin həbsləri ilə bağlı cənab Səfir Yankauskası məlumatlandırdılar.

Tərəflər bu görüşlərin davamlı olması razılığına gəliblər..


Fərid Pəmbəkli