Şriftin ölçüsü / 7827

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya birgünlük səfərə gəlib

23 Yanvar 2019 [17:04]
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya birgünlük səfərə gəlib. Bu barədə TASS agentliyinə danışıqların təşkilatçılarına yaxın mənbə məlumat verib.

Moskvada Rəcəb Tayyib Ərdoğanı Rusiya prezidenti Vladimir Putin qəbul edəcək. Agentliyə məlumat verən mənbə deyib: "Yaxın saatlarda liderlərin görüşü start götürəcək”.

TASS-ın məlumatına görə, Rəcəb Tayyib Ərdoğanı Türkiyənin daxili işlər naziri, müdafiə naziri, Milli Kəşfiyyat Təşkilatının başçısı və bir sıra digər idarələrin rəhbərləri müşayiət edirlər.

Daha əvvəl Kremldən verilən məlumata görə, danışıqlar zamanı Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan əsasən İdlib əyalətindəki və Suriyanın şimalındakı vəziyyəti müzakirə edəcəklər.


Millət