Fransa prezidenti Emmanüel Makron Səudiyyə Ərəbistanı kralı Salman
bin Əbdül Əziz əs-Səud ilə telefon söhbəti zamanı jurnalist
Camal Kaşıkçının Krallığın İstanbuldakı konsulluğunda ölümü ilə bağlı
aparılan istintaqın detalları açıqlamağı tələb edib.
"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü "Franc-Press" məlumat yayıb.
"Fransa prezidenti Kaşıkçının ölümü ilə bağlı böyük narazılığını
bildirib və kraldan işin təfərrüatlarını açıqlamağı tələb edib", - deyə
Yelisey sarayının yaydığı kommünikedə bildirilir.
Makron həmçinin jurnalistin ölümündə müqəssir bilinən şəxslərə qarşı
tətbiq edilə biləcək beynəlxalq sanksiyalara qoşulacağını vəd edib.