Şriftin ölçüsü / 471

Cəmiyyətin əsəblərini test etmək acı nəticələr verə bilər

30 Iyul 2018 [17:54]
Rus estradasının erməni əsilli müğənnisi Zara Mqoyanın Nardaran sahilindəki "Sea Breeze"də keçirilən Jara 2018 Musiqi Festivalında iştirak etmək üçün Bakıya edəcəyi səfər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Cəmiyyətin aktiv hissəsi onun festivala qatılmasına kəskin etiraz bildirməkdədirlər.

Bununla bağlı Moderator.az saytına açıqlama verən AMİP Siyasi Şurasının üzvü Əli Orucov fikirlərini bölüşərək deyib:

"Neçə gündür erməni əsilli müğənninin Bakı festivalında iştirakı təəssüf ki, gündəmin digər aktual mövzularını diqqətdən kənarda qoyur. İqtidar sanki bunu bilərəkdən ortaya atıb ki, həyatı əhəmiyyətli problemlər unudulsun. Xüsusən də, insan hüquq və azadlıqlarının vəziyyəti ilə bağlı beynəlxalq təzyiqlər, Gəncədəki hadisələr fonunda idarəetmədə və siyasi sistemdəki eybəcərliklər və s. neqativ hallar yaddan çıxarılsın. Zahiri yanaşsaq Zaranın Bakıya gəlməsində o qədər qəbahət görməmək mümkündür. Bu musiqi vestivalıdır, musiqini, indmanı siyasətə qatmaq olmaz. Musiqinin dini, dili, sərhətləri olmur Lakin Zara Mqoyanın ifalarına və ictimai fəaliyyətinə diqqət yetirsək görərik ki, o, erməni sepatarizmini, erməni yalanlarını və terrorunu açıq dəstəkləyən və təbliğ edən şəxsdir. Belə bir insanın müğənni cildinə girərək Bakıya gəlişi ölkə vətəndaşlarının hisslərinə toxunur. Azərbaycan iqtidarının borcu və vəzifəsidir ki, cəmiyyətin etirazını nəzərə alsın və ictimai rəylə hesablaşsın. Hər hansısa bir müğənniyə görə gərginlik yaratmaq görünür hansısa mənfur qüvvələrin işinə yarayır”

Azərbaycanda on minlərlə erməni millətindən olan insanlar yaşamasına baxmayaraq bir müğənniyə görə bu qədər təpkinin nədən irəli gəlməsinə toxunan AMİP yetkilisi onu vurğulayıb ki, " Əgər Dağlıq Qarabağ nəzərdə tutulursa bura Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Orda yaşayan ermənilər də Azərbaycanın vətəndaşları hesab olunurlar. Münaqişənin nizmlanması ilə bağlı sülh prosesi seçilibsə Azərbaycan iqtidarı separatçılarla, cinayətkar ünsürlərlə, bu ünsürlərin və separatçıların qurbanlarına çevrilən, müharibəni istəməyən, Azərbaycanın yuridiksiyasını, ərazi bütövlüyünü, qanunlarını, maraqlarını qəbul etmək istəyənləri ayırd etməlidir. Təəssüf ki, bunun hələ ki, mümkün olmadığı halda, sünii və zorakılıqla "sülhpərvər” obrazı yataramaq mümkün deyil. Bu addımı atan iqtidar "yaxşı”, "barışcıl”, "sülhpərvər iqtidar” imici qazana bilməz. Odur ki, havayı yerə belə düşünülməmiş addımlar atmaqla və buna rəvac verməklə xalqın qüruruna, yaralarına toxunulmamalıdır. Cəmiyyətin əsəblərini test etmək acı nəticələr verə bilər..

Münaqişə həll olunandan sonra kimlər Bakıda gəlib nə qədər oxuyub oynasa, konsert versə heç kimi bu qədər iradı olmayacaq. O zaman Zara Mqoyan da dəvət etsinlər, digərlərini də...


Millət