Şriftin ölçüsü / 451

Tanınmışların övladları

23 May 2018 [16:20]
Onların sırasında müxalifətçilər də var, iqtidar nümayəndələri də

Corc Vaşinqton Universitetində siyasi menecment ixtisasi üzrə təhsilini başa vuraraq, magistr dərəcəsi alan AMİP lideri Etibar Məmmədovun oğlu Ayxan Məmmədovun ABŞ-a köçdüyü barədə xəbərlər özünü doğrultmadı.

Partiyanın katibi Əli Orucov "Yeni Müsavat”a açıqlamasında A.Məmmədov ətrafında gəzən şayiələrin doğru olmadığını qeyd etdi.

Bu xəbər təkzib edilsə də, bəzi məsələləri yenidən gündəmə gətirib. Belə ki Azərbaycanın iqtidar və müxalifət düşərgələrində öndə gedən çoxsaylı nüfuzlu simalar var ki, övladları ya xaricdə təhsil alırlar, ya da təhsillərini bitirdikdən sonra orada yaşayırlar. Avropada təhsil almasalar da, sonradan yaşamaq üçün müxtəlif ölkələrə üz tutanlar da az deyil. Tam əminliklə deyə bilərik ki, iqtidarın və müxalifətin nüfuzlu simaları övladlarının xaricdə oxumasını, yaxud yaşamasını daha çox istəyirlər. Siyasi palitraya nəzər yetirəndə barmaqla sayılacaq qədər simalar görmək mümkündür ki, övladları Azərbaycanda təhsil alsınlar, burada yaşasınlar. Bundan əlavə, elə yüksək rütbəli vəzifə sahibləri var ki, ailələrinin belə xaricdə yaşamasına üstünlük verirlər. Bir növ nə zamansa tutduqları postları itirmək təhlükəsi yaranarsa, xaricdəki mülklərinə, bank hesablarına nəzarəti, eləcə də ailələrinin təhlükəsizliyini əvvəlcədən qaranti altına almaq istəyirlər. İndiyə qədər müxalif siyasətçilərin Avropada təhsil alan, yaxud yaşayan övladları barəsində neqativ məlumatlar yayılmasa da, məmur övladları haqqında bunu demək mümkün deyil.

"Yeni Müsavat”