Şriftin ölçüsü / 309

Mitinqləri dağitmağı sifariş edənlər də hüquqi məsuliyyətdən kənarda qalmamlıdırlar

03 May 2018 [17:20]
Keçən həftə Türkiyədə saxlanılaraq Bakıya gətirilən keçmiş deputat Hüseyn Abdullayevə qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi açılıb. İrəli sürülən ittihamlardan biri də onun müxtəlif dövrlərdə ayrı-ayrı vətəndaşlara qarşı təzyiq, zorakılıq təşkil etməsidir. Bəllidir ki, 2007-ci ilə qədər Hüseyn Abdullayevin nəzarətində olan idmançılardan ibarət dəstə müxalifətin mitinqlərinin dağıdılmasında, ayrı-ayrı müxalifətçilərə qarşı hücumlarda iştirak edirdi. Keçmiş "Qələbə” meydanında keçirilən mitinqlərdən biri başa çatdıqdan sonra sözügedən dəstənin Ədalət Partiyasının sədri İlyas İsmayılova və ətrafındakı partiya yetkililərinə hücum etdiyi və onlara fiziki güc tətbiq elədikləri hələ də danışılır.

İndi Hüseyn Abdullayev həbsdədir və istintaqı aparılır. Vaxtilə onun dəstəsinin hücumuna məruz qalan, mitinqlərin aktiv iştirakçısı olmuş müxalifətçilər istintaqa ifadə verməyə dəvət ediləcəkləri halda Hüseyn Abdullayevə qarşı ifadə verəcəklərmi?

AMİP Siyasi Şura üzvü Əli Orucov isə qeyd etdi ki, Hüseyn Abdullayev daxil, qanunları saya saymayan hər bir şəxs vəzifəsindən, imtiyazlarından asılı olmayaraq qanuni cəzasını almalıdır: "Bu ittihamlara qalsa mitinqlərin zorakılıqla dağıdılmasını sifariş edənlər də eyni ittihamların təsir dairəsinə düşməlidir. Çünki H.Abdullayev icraçıdır, verilən tapşırıqları icra edib.
Təşkilatçılar və sifarişçilər isə hələ də məsuliyyətdən kənarda qalıblar. Azərbaycanda sanki bir adətdir bütün günahlar həbs olunanlara yüklənir, bununla da güya ki, hər şey unudulur. Bu gün H.Abdullayev yoxdur, amma iqtidarın qoçu dəstələri bir başqa deputatın, bir başqa məmurun rəhbərliyi altında fəaliyyətdədir. Əgər yenə də müxalifət düşərgəsi sanksiyalaşdırılmamış. kütləvi aksiyalar keşirsə həmin qoçu dəstələri mitinq iştirakçıları ilə daha amansız davranacaqlar. Daha bir məqam müxalifətin mitinqlərinin dağdılmasında polislər də əksər hallarda aşırı gücdən istifadə edib. Bütün bunların on illərdi ki, şahidi olmuşam. Bu aşırı güc mənə qarşı da həyata keçirilib. O ki, qaldı H.Abdullayevə qarşı istintaqda ifadə verməyə, bunu mümkünsüz hesab edirəm. Əvvəla, ona görə ki, yanaşma ədalətli və obyektiv deyil, digər tərəfdən isə onun yaxud da,  rəhbərlik etdiyi qoçu dəstələrinin mənə qarşı hansısa fiziki güc tədbiq olmayıb. Mitinqlərin dağıdılmadsında mülki geyimli polislər və "drujinnik"lər də iştirak ediblər. Ona görə də bunu müəyyənləşdirmək mümkün deyil


Millət