Şriftin ölçüsü / 178

ABŞ Suriyanı bombaladı

01 May 2018 [19:18]
ABŞ-ın başçılığı altında koalisiya qüvvələrinin qırıcılarının Suriyanın Haseke əyalətində terrorçu İŞİD qruplaşmasının mövqeyini vurması nəticəsində Əl-Fadil kəndində 25 dinc sakin ölüb.

"Report” "Haber7”yə istinadən xəbər verir ki, hadisə əyalətin mərkəzindən 60 km aralı cənub-şərqdə qeydə alınıb.

Hava hücumu nəticəsində ölənlərin əksəriyyətinin uşaq və qadın olduğu bildirilib.

Bu ərazi İraqla Suriya arasındakı sərhəddə yerləəşir. 2016-cı ildə İŞİD Hasekəyə aid Şedadi və Hol kəndlərindən çıxmaqla bölgədəki ən əhəmiyyətli mövqeyini itirmişdi.


Millət