Şriftin ölçüsü / 247

İqtidar kütləvi aksiyalarla bağlı cəzaları sərtləşdirir

25 Aprel 2018 [17:11]
Azərbaycanda mitinq, küçə yürüşləri, nümayiş, piket və digər kütləvi tədbirlərin keçirilməsi ilə bağlı qadağaları pozanların cəzasını artıran qanun layihəsi hazırlanıb.

APA xəbər verir ki, layihədə İnzibati Xətalar Məcəlləsinə yeni maddənin əlavə edilməsi və sözügedən pozuntuya görə həm cərimələrin, həm də həbs müddətinin artırılması nəzərdə tutulur.

Layihəyə əsasən, yığıncaqlar, mitinqlər, küçə yürüşləri, nümayişlər və piketlərin, habelə digər kütləvi tədbirlərin keçirilməsi ilə bağlı qoyulmuş qadağa və ya məhdudiyyətlərə əməl olunmamasına görə fiziki şəxslər 300 manatdan 500 manata qədər cərimə edilməli və ya işin halları, pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla 30 günədək müddətdə inzibati həbs cəzası almalıdırlar.

Layihədə eyni əmələ görə vəzifəli şəxslərin 600 manatdan 900 manata, hüquqi şəxslərin isə 4000 manatdan 6000 manata qədər cərimələnməsi təklif edilir.

Layihənin may ayının əvvəllərində Milli Məclisdə müzakirəyə çıxarılacağı gözlənir.

Novator.az xatırladır ki, hazırda yığıncaqlar, mitinqlər, küçə yürüşləri, nümayişlər və piketlərin, habelə digər kütləvi tədbirlərin keçirilməsi ilə bağlı qoyulmuş qadağa və ya məhdudiyyətlərə əməl olunmamasına görə fiziki şəxslər 40 manatdan 80 manata qədər cərimə edilir və ya işin halları, pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla 15 günədək müddətdə inzibati həbs tətbiq olunur. Eyni pozuntuya görə vəzifəli şəxslər 350 manatdan 500 manatadək, hüquqi şəxsl


Millət